Azərbaycan 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan — 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə 10 idman növündə təmsil olundu.
Azərbaycan 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 17 idmançı (10 idman növündə) | ||||||||
Bayraqdar | Nurlan Səfərov (açılış mərasimi) | ||||||||
Medallar Yer: 35 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
2010 • 2014 • 2018 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
2012 • 2016 • 2020 • 2024 |
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər Turan Bayramov (qızıl) və Şahanə Nəzərova (bürünc), cüdoçu Vüqar Talıbov (qızıl), ağır atlet Tarmenxan Babayev (gümüş), taekvondoçu Cavad Ağayev (bürünc) və boksçu Nurlan Səfərov (bürünc) medala sahib oldu.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 35-ci pillədə, medalların sayına görə isə 38-ci pillədə qərarlaşdı.
2018-ci il Buenos-Ayres Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğursuz nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2014-cü illərdə baş tutan olimpiadaların nəticələrindən geri qaldı.