From Wikipedia, the free encyclopedia
Aydın Məmməd oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini.
Aydın Kərimov | |
---|---|
7 aprel 1992 – ? | |
Təmsil etdiyi | Azərbaycan Xalq Cəbhəsi |
29 iyul 1992 – 16 avqust 1993 | |
Nazir | İlyas İsmayılov |
Əvvəlki | Südabə Həsənova |
Sonrakı | Südabə Həsənova |
1991 – 199? | |
Sədr | Tamerlan Qarayev (1990-1991) Arif Hacılı (1992) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Aydın Məmməd oğlu Kərimov 1 iyul 1956-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.[1]
Evlidir, 3 övladı var.
Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.[1]
Aydın Kərimov 29 iyul 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.[2] O, 16 avqust 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.[3]
Aydın Kərimov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.[4]
Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.[1]
1995-ci il parlament seçkilərində Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 11-ci sırada olmuşdur.[5] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[6] Beləliklə, Aydın Kərimov deputat seçilə bilməmişdir.
Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.