Axuryan su anbarı

From Wikipedia, the free encyclopedia

Axuryan su anbarı

Axuryan (Arpaçay) su anbarı (erm. Ախուրյանի ջրամբար, türk. Arpaçay Baraj Gölü) — Ermənistan-Türkiyə sərhəddində, Axuryan çayının aşağı axınında yerləşən su anbarı. SSRİ və Türkiyə arasında 1973-cü ildə imzalanmış razılaşmaya əsasən inşa edilmişdir,[1] 1980-ci ildə istismara verilmişdir. Uzunluğu 20 km (sərhəd boyunca), su həcmi 525 mln m³-dur. Sərhəddin hər iki tərəfindəki 104 min hektar əkin sahəsinin suvarılması üçün istifadə olunur. Su anbarını tədqiq edən "Geofon" ekoloji təşkilatının rəhbəri Levon Martirosyanın verdiyi məlumata görə anbardakı su ağır metallar və zəhərli maddələr ilə ciddi şəkildə çirkləndirilmişdir.[2][3]

Cəld faktlar
Axuryan su anbarı
erm. Ախուրյանի ջրամբար, türk. Arpaçay Baraj Gölü
Thumb
Ölkələr  Ermənistan
 Türkiyə



Uzunluğu20 000 m
Həcmi0,525 m³
Dolma ili1.980
Thumb
Axuryan su anbarı Vikianbarda
Bağla

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.