Axalkalaki qəzası
From Wikipedia, the free encyclopedia
Axalkalaki qəzası (rus. Ахалкалакский уезд) — Rusiya imperiyasının Qafqaz canişinliyinin Tiflis quberniyasına daxil olan qəzalardan biri. Rusiya imperiyası dağıldıqdan sonra Gürcüstan Demokratik Respublikasının ərazilərindən birinə çevrilmiş və inzibati mərkəzi Axalkalak (müasir Axalkalaki) şəhəri olmuşdur. Qəza şimaldan Qori qəzası, şərqdən Borçalı qəzası, cənubdan İrəvan quberniyasının Aleksandropol qəzası, Qars və Ərdahan dairələri ilə, qərbdən Axalsıx qəzası ilə sərhəd olmuşdur. Bu qəzanın ərazisi təxminən müasir Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin sərhədləri ilə üst-üstə düşür.[1]
Axalkalaki qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Tiflis quberniyası |
Mərkəzi | Axalkalak |
Yaradılıb | 1874-cü il |
Ləğv edilib | 1930-cu il |
Sahəsi | 2,739.32 km2 (1,057.66 sq mi) |
Əhalisi |
Əhali (1916): • Ümumi- 107,173 • Sıxlıq- 39/km2 (100/sq mi) • Şəhər əhalisi- 6.58% • Kənd əhalisi- 93.42% |
Xəritə | |
Qəzada ən çox yaşayan etnoslardan biri də Azərbaycan türkləri olmuşdur. 1897-ci ildə aparılmış siyahıyaalma zamanı məlum olmuşdur ki, qəzada yaşayan millətlər arasında Azərbaycan türkləri ikinci yerdədir.