Avtoritar kapitalizm
From Wikipedia, the free encyclopedia
Avtoritar kapitalizm,[1] yaxud qeyri-liberal kapitalizm[2] — kapitalist bazar iqtisadiyyatının avtoritar hökumətlə birgə mövcud olduğu iqtisadi sistem. Dövlətin ticari fəaliyyəti öz öhdəliyinə götürdüyü dövlət kapitalizmi ilə üst-üstə düşən avtoritar kapitalizmə özəl mülkiyyət və bazar ilə yanaşı fikir ayrılıqlarının və söz azadlığının məhdudlaşdırılması, habelə seçkilərin olmaması, yaxud hegemon partiya sistemi ilə keçirilən seçkilər aiddir.