Avstraliya teatrı
From Wikipedia, the free encyclopedia
Avstraliya teatrı — Avstraliyada və ya avstraliyalılar tərəfindən yaradılmış səhnə sənətinin tarixi. Teatr Avstraliya mədəniyyətinin mühüm bir hissəsidir. Bu sənət qitəyə müstəmləkəçilik dövründə gəlmiş, Britaniya və İrlandiya teatrlarının ən yaxşı ənənələrini özündə cəmləşdirərək aborigen mədəniyyəti ilə inkişaf etmişdir. Avstraliya yazıçıları və teatr xadimləri son iki əsrdə Avstraliya mədəniyyətini və qitənin xarakterini dünya səhnəsinə çıxarmışdır.
Avstraliyada dünyaca məşhur Sidney Opera Teatrı yerləşir.