Sidney Opera Teatrı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sidney opera teatrı (ing. Sydney Opera House) — Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən opera teatrı. Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən biri. Danimarkalı memar Yorn Utson (d.1918-ö.2008) tərəfindən layihələndirilmişdir.
Sidney Opera Teatrı | |
---|---|
Sydney Opera House | |
33°51′25″ c. e. 151°12′53″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
Şəhər | Sidney |
Yerləşir | Bennelonq burnu |
Aidiyyatı |
Opera Avstraliya Avstraliya baleti Sidney Teatr Şirkəti Sidney Simfonik Orkestrı |
Memar | Yorn Utzon |
Tikilmə tarixi | 1 mart 1959 - 20 oktyabr 1973 |
Üslubu | Ekspressionist memarlıq |
Hündürlüyü | 67 m |
Uzunluğu | 183 m (600 ft) |
Eni | 120 m (394 ft) |
Sahəsi | 1.8 ha |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | sydneyoperahouse.com |
Rəsmi adı: Sydney Opera House | |
Tipi | Mədəni |
Kriteriya | i |
Təyin edilib | 2007 |
İstinad nöm. | 166 |
Dövlət | Avstraliya |
Region | Okeaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1955-ci il 15 sentyabrda layihələrin qəbuluna başlandı. Qalib layihə üçün mükafat məbləği 5 000 funt-sterlinq təyin edilmişdi. Layihənin şərtlərində hər biri müxtəlif məqsədlər üçün istifadə edilə bilən 2 zal, tutumu 3000 nəfər olan böyük zal və 1200 nəfər tutuma malik kiçik zal nəzərdə tutulmuşdu. 1957-ci il yanvarın 29-da 32 ölkədən daxil olmuş 233 layihə arasından danimarkalı memar Yorn Utsonun layihəsi seçildi.
Utson 1957-ci ildə Sidneyə gələrək tikintinin aparılacağı yerlə tanış oldu. 1963-cü ildə tikintinin 1-ci mərhələsi başa çatdıqdan sonra o öz ofisini Sidneyə köçürdü.
1966-cı ilin sonlarında Yorn Utson layihəyə rəhbərlikdən uzaqlaşdırıldı və tikintinin davam etdirilməsi Piter Holla həvalə edildi. Onun rəhbərliyi altında Utsonun daxili dizaynla bağlı layihələrində bəzi dəyişikliklər edildi.
Tikinti işləri üçün 3,5 milyon funt-sterlinq (7 milyon ABŞ dolları) vəsait tələb olunurdu. Tikintinin başa çatma tarixi 1963-cü il yanvarın 26-na təyin olunmuşdu. Lakin, opera binası 1973-cü il oktyabrın 20-də istifadəyə açıldı və tikinti üçün çəkilən xərclərin ümumi məbləğinin 102 milyon ABŞ dolları təşkil etdiyi açıqlandı. Yəni, tikinti planlaşdırılandan 10 il gec və 14 dəfə baha başa gəlmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.