From Wikipedia, the free encyclopedia
Ava rəqs festivalı (阿波踊り, Awa Odori?) – Yaponiyada ən məşhur rəqs festivallarından biri. Rəqqaslar avqust ayının ortalarında olan Obon dövrünə diqqət çəkmək üçün küçələrə düşüb Bon rəqsi oynayırlar. Festival Şikoku adasındakı Tokuşima adasında keçirilir.[1]
Tokuşima hər il 12-15 avqust tarixlərində bu festivala ev sahibliyi edir. Bu festival nəsildən nəsilə ötürülən festivaldır. Festivalın 400 ildən çox yaşı var və kökləri Bon ənənəsindən törəmişdir. Festivalın ilk dəfə 1586-cı ildə Tokuşima daymyosu Haçisuka İemasanın Tokuşima qəsrinin inşasının başa çatmasını qeyd etmək üçün təşkil etdiyi böyük içki məclisi ilə başladığı güman olunur. Həmin tarixdən sonra festival illik festivala çevrilibmiş.[1]
Festival bütün şəhər miqyasında keçirilir. Önə çıxan əsas rəqs festivala adını verən Ava rəqsidir. Ava Tokuşimanın feodal adıdır. Festival boyunca kişilər, qadınlar, uşaqlar yukata geyinib küçələrə düşür və Ava Yoşikono mahnısının sədaları altında rəqs edirlər. Şamisen, tayko və şinobue kimi musiqi alətlərindən istifadə olunur. Əsas şənliklər 18-22:30 radələrində şəhər mərkəzində baş tutur.[1]
2007-ci ildə baş rolunda Nana Eykuranın çıxış etdiyi "Ava rəqsi" filmi çəkilmişdir. "Fate/stay night" franşizinin bəzi posterləri Ava rəqs festivalına həsr olunmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.