From Wikipedia, the free encyclopedia
"Atropatena dastanı" — Vahid Məmmədlinin müəllifi olduğu Azərbaycanın ilk fentezi trilogiyası.[1]
Atropatena | |
---|---|
Atropatena dastanı | |
| |
Müəllif | Vahid Məmmədli |
Janrlar | dastan, epos |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
«Koroğlu», «Dədə Qorqud» kimi Azərbaycan dastanlarından sonra XXI əsrdə yazılmış dastan, epos. Azərbaycan tarixinin Alban və Atropat dövrünün dastanı.
Magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitabda toplanmış üç kitab.
Trilogiya 11 ölkədə çap olunub.[2]
Trilogiyanın birinci kitabı «Albaner» adlanır.
«Zaman o zaman idi ki, Qafqaz Albaniyası çarlığı Kiçik Midiya dövlətinin tərkibində idi.
Çar Vaçaqan ölkədə xristianlığı qəbul etdirmək istədiyindən sehrbaz kahinlərin əli ilə öldürüldükdən sonra, Qüdsdən gələn müqəddəs Yelisey, Vaçaqanın oğlu Albaneri də özü ilə götürərək Paytakaran yaxınlığındakı gözdən- könüldən uzaq kəndlərin birindəki kilsədə gizlənmişdi.
Kənd əhalisini daim müalicə edib onlara şəfa verən müqəddəs Yelisey, kəndlilərin sevimlisinə çevrilmiş, Çar oğlu Albaneri də əsl cəngavər kimi tərbiyə edib böyütmüşdü.
Yeni Çar Vaçe, ölkədə sayı günü-gündən artan sehrbazları və cadugərləri, bütpərəst kahinləri, habelə, murdar sənəmlərə sitayiş edənləri sarayın həndəvərinə buraxmasa da belə, onların qəzəbindən qorxaraq müqəddəs Yeliseyi saraydan uzaqlaşdırmışdı.
Kiçik Midiyanın paytaxtı Qazakanı Parfiyalı şah Artaban qorxunc əjdahaların vasitəsi ilə idarə edir, həmin əjdahaları qonşu dövlətlərin üzərinə göndərməklə onların əhalisini daim vahimə və qorxu içərisində saxlayırdı…»
«Zülmət gecə» ordeninin başçısı Nadovarın qara magiyaları, onun arvadı İfritənin sehrli iliksirləri işə düşür. Hamısı Albaniyanı ələ keçirməyə çalışır. Çar oğlu Albaner sehrli tacı Albaniyaya gətirmək üçün dünyanın cənnəti Dilmuna, o biri tərəfdə yerləşən, məcaralar ölkəsi Sahiraya səyahət edir. Əfsanəvi varlıqlar olan Tanbukanlar…Yol boyu bir birindən maraqlı ölkələrlə, sehr və məcəralarla üzləşir. Bu müddət ərzində Albaniyada ölüm hadisələri, cinayətlər baş verir. Qorxmaz cəngavər Albanerin ölkədə olmamasından istifadə edən Nadovar və Şamon ölkəni öz magiyaları ilə idarə edirlər…
Sahira ölkəsinin məcəraları hər bir insanı heyrətə gətirəsək. Sahiralı tacir və onun oğlunun məcəraları, onlarla bir-birindən maraqlı qəhrəmanlar, vahimə və dəhşət dolu epizodlar…
İkinci kitab «Qazaka» adlanır.
Albanerin Qazaka uğrunda mübarizəsi, İlan-qadın Kəsirə, dünyanın ən məşhur səyyahı Aqabandın dünya məcaraları, Müqəddəs Yeliseyin qanadlı atları, daim cəngəvər olmaq arzusu ilə yaşayan gülməli və qəh-qəhə dolu Çarxan, Hindistan gözəli Kameni, şahzadə Mehricanın qəlbini fəth etmək üçün hər cür alçaqlıqlara əl atan İqlasion, qara magiyanın bilicisi cəsus Nersun, «Zülmət gecə» sektaçılarının Albaniyaya gizli göndərilmiş cəsusları Vazar və Səhlab, Dərbənd sərgüzəştləri və daha neçə-neçə maraqlı və heyrətamiz obraz və sujetlər ikinci kitabda.
Üçüncü kitab «Atropat» adlanır.
Ağ köpək balığını yəhərləyib, Qazaka sarayına cəngavər kimi gələn Atropatın ağlagəlməz magiyalarla üzləşməsi, saraydakı gizli zindana salınıb yoxa çıxarılan insanların taleyi, kilkə ləqəbli İsmayıl.O ismayıl ki, hər hərəkətini oxuduqca gülməkdən doymursan. Amma onun anası və atasının başına gizli sektaçılar tərəfindən gətirilən oyunlar o qədər də dəhşət doğurur.Dəhşətli qətl və edam səhnələri. İsmayılın sevgilisi Asenanın maraqlı və həm də gülüş dolu məcəraları, timsahbaşlı adamyeyənlər, Sahiralı tacirlər, birinci və ikinci kitablarda olan ölüm və qətl hadisələrinin açılması. Aqabandın gəmisində baş verən məcaralar, əsrarəngiz ölkə Oman. Əfsanəvi qəhrəmanlar - Qazakanın kəşfiyyat xidmətinin rəhbəri Harun, Albanerin yavəri Oğuz, daha neçə-neçə bir-birindən maraqlı obrazlar.
Adı ölkəmizin adının yaranmasına təkan vermiş Atropat haqqında heç bir zaman bu qədər maraqlı, möhtəşəm bir əsər yaradılmayıb.
Bu dastan həm də cəngavərliyin dastanıdır. Dünyanın ilk cəngavərləri məhz Atropatenadan olublar. Əsl cəngavər necə olmalıdır? Cəngavərliyin kitabı nədən ibarətdir? Onlar hansı xüsusiyyətlərə malik olmalıdırlar? Bütün bu suallara da məhz «Atropatena dastanı»nda cavab verilir. Qəhrəman, iri cüssəli, gözəl qamətli, o dövrün Atlantları olan Albanlar, dünyanın ən qədim türkləri məhz Atropat ölkəsinin nəvələri olan Azərbaycanlılardır. Albaniya və Midiyanı birləşdirib dünyaya meydan oxuyan Atropat. Onun Azərbaycanlı olduğunu sübut edib ölkəmizin adını bir daha əbədiləşdirən «Atropatena dastanı».
1 iyun 2011-ci ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bakıda “Bayatı” kitab mağazasında Vahid Məmmədlinin “Atropatena dastanı (epos-trilogiya)” kitabının “imza günü” keçirilmişdir. Tədbiri “Ulduz” jurnalının baş redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli açaraq, kitabı dünya ədəbiyyatında geniş yayılmış fantaziya janrında yazılmış, tarixi motivlər və bədii təxəyyülün sintezindən yaranmış maraqlı bir əsər kimi dəyərləndirmişdir. Natiq müəllifin ümumbəşəri mövzuya bədii yanaşma üsulunu bəyəndiyini bildirmişdir. Bildirilmişdir ki, maraqlı magiyalar, sehrlər, yeni nağıl və fantaziya qəhrəmanları, macəra, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan əsər hər bir azərbaycanlı üçün maraqlı bir dövrü - tariximizin Albaniya və Atropatena dövrünü əhatə edir. Tənqidçi-publisist Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusifli, şair Balayar Sadiq və başqaları əsərin gənclər arasında yayılmasının vacibliyini bildirmişlər.[3]
Vahid Məmmədli Azərbaycan ədəbiyyatında ilk fentezi epos olan “Atropatena dastanı” trilogiyasının müəllifi kimi 17 may 2011-ci ildə Bakıda Atatürk Mərkəzində Türk Törə Ocağı və Beynəlxalq Mahmud Kəşkari Fondunun “Türk dünyasının san yarlığı” mükafatına layiq görülmüşdür.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.