From Wikipedia, the free encyclopedia
Assassin's Creed (azərb. Qatilin inancı) — Ubisoft Montreal şirkəti tərəfindən Döyüş-Macəra janrında yaradılan videooyun. Assassin's Creed oyun seriyasının ilk oyunu. 2007-ci ilin noyabr ayında PlayStation və 3 və Xbox 360 platformaları üçün versiya satışa çıxarılmışdır. 6 mart 2008-ci ildə oyunun PC versiyası satışa çıxarıldı. Assassin's Creed Oyun seriyasının birinci bölümüdür.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Assassin's Creed | |
---|---|
Hazırlayanlar | Ubisoft Montreal |
Yayımlayanlar | Ubisoft |
Seriya | Assassin’s Creed |
Buraxılış tarixləri | 13 noyabr 2007, 16 noyabr 2007, 21 noyabr 2007, 8 aprel 2008, 10 aprel 2008, 11 aprel 2008 |
Janr | döyüş-macəra oyunu |
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 3, Microsoft Windows[1] |
Mühərrik | Anvil |
Oyun rejimi | birnəfərli oyun[2] |
İnterfeysin dili | ingilis dili[3], fransız dili[3], italyan dili[3], alman dili[3], ispan dili[3], rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
5 fevral 2008-ci ildə Nintendo DS üçün nəzərdə tutulmuş Assassin's Creed: Altair's Chronicles satışa çıxarılır. 8 aprel 2008-ci ildə isə PC üçün yeni versiya Assassin's Creed Director’s Cut Edition. çıxdı.
2009-cu ildə Beynəlxalq E3 sərgisində PSP üçün nəzərdə tutulmuş Assassin's Creed: Bloodlines oyunu anons edildi.
Oyun eyni zamanda yaxın gələcəkdə (2012-ci il) və orta əsrlərdə (1191-ci il) baş verir. Gələcəkdə oyunun baş qəhrəmanı Dezmond Mayls olur. Adi barmen "Abstergo" şirkəti tərəfindən oğurlanır və yatızdırılır. "Abstergo" şirkətində olan məlumata əsasən Dezmond Mayls qədim Asasinlər soyundan sonuncudur. "Abstergo" şirkətinin yaratdıqı "Animus" insanların genetik yaddaşını oxuyur, və əcdadlarının gördüyü hər şeyi görür. Dezmond oyananda artıq "Animus"-un içində olur və əcdadı Əltair ibn La-Əhəd-in həyatını görür.
Əltair ibn La-Əhəd — Qatil, Assassinlər qardaşlıqının ən sayılan qatillərindən biri. Oyun başlayanda Əltair və daha 2 asasinə Qüdsdə yerləşən məazarlıqda olan qədim artefatkı tapmaq əmri verilir. Məzarlıqda o Asasinlərin düşmanı Xaç Yürüşünün iştrakçıları olan "Tampliyer"-lərlə rastlaşır və olara hücüm edir. Əltairin səhvi nəticəsində Asasinlər əmri yerinə yetirə bilmirlər və Assasinlərin biri həlak olur digəri isə bir qolun itirir.
Əltair Asasinlər qardaşlıqının yerləşdiyi masiaf şəhərinə gəlir və Asasinlər Qardaşlıqının başqanı Əl-Müəllim ilə görüşür. Əmri yerinə yetirə bilmədiyi, özbaşnalıqı nəticəsinində artefaktı itirdiyi, bir asasinin ölümü digərinin isə yaralanmasına və asasinlər kodeksinə riayət etmədiyi üçün Əltair qardaşlıqda əldə etdiyi bütün nailiyyətlər sıfıra endirilir. Nəticədə Əltair Qardaşlıqda öz fəaliyyətini yenidən, sıfırdan başlayır.
Əl-Müəllimin verdiyi bütün əmrləri yerinə yetirir, 9 tampliyeri məhv edir və sonda isə artefaktı "Adəm Alması"-nı əla keçirir. Onu Əl-Müəllimə çatdırır. Birqədər sonrə Əltair yenidən Masiafa qayıdanda şəhəri dağılmış görür. İnsanlar öz evlərin tərk edirlər şəhərdə döyüşlər gedir, məlum olurki Əl-Müəllim qardaşlıqı satır və "Adəm Alması"-nı özü üçün istifadə edir və Asasinləri özünə tabe edir (Artefaktın xüsusiyyətlərindən biri insanları özünə tabe etmək bacarıqıdır). Tabe olunmuş bütün asasinləri öldürəndən sonra Əltair Əl-Müəllim ilə döyüşür, döyüş zamanı Əl-Müəllim artefaktdan istifadə etsə də, sonda məğlub olur.
Qəhrəman | İngilis dilində səsləndirən |
---|---|
Əltair ibn La-Əhəd | Filip Şahbaz |
Dezmond Mayls | Nolan Nort |
Lüsi Stilman | Kristen Bel |
Uorren Viddik | Fillip Proktor |
Əl-Müəllim | Piter Renedey |
Malik Əs-Səyf | Xəz Süleyman |
Rafiq, Akradaki büronun rəhbəri | Alen Benatar |
Rafiq Dəməşqdəki büronun rəhbəri | Karlos Ferro |
Rober de Sable | Jan Filipp Dandenod |
Tamir | Ammar Dareseh |
Qarnye De Napluz | Hubert Filden |
Təlal | Ceyk Eberli |
Uilyam de Monferrat | Harri Stancovski |
I Riçard | Marsel Jenin |
Cübair Əl-Hakim | Fred Tataskiore |
Əbu-Əl-Nukvod | Fred Tataskiore |
Məcdəddin | Riçard Heyvort |
Sibrənd | Artur Holden |
Mariya | Eleanor Nobl |
"Animus"-un səsi | Cenifer Siqven |
Oyunda Əltairin istifadə edə biləcəyi 4 silah növü var:
16 aprel 2009-cu ildə Assassin's Creed II nin anonsu olur, daha sonra 2010-cu ilin payızında Assassin's Creed: Bortherhood oyunu çıxır. 15 noyabr 2011-ci ildə isə Assassin's Creed: Revelations oyunun çıxışı gözlənilir
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.