Arxipo-Osipovka
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Arxipo-Osipovka — Krasnodar diyarında kənd. Gelencik şəhər-kurort rayonu ərazisinə daxildir. Arxipo-Osipvka kənd dairəsinin mərkəzi.
Arxipo-Osipovka | |
---|---|
rus. Архипо-Осиповка | |
44°21′58″ şm. e. 38°32′03″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1864 |
Mərkəzin hündürlüyü | 6 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | ruslar, ermənilər, ukraynalılar |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 353485 — 353488 |
Nəqliyyat kodu | 86141 |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Qara dəniz sahilində, Vulan və Teşebs çaylarının hövzəsində yerləşir. Krasnodardan 125 km cənub-qərbdə, Novorossiysk — Tuapse magistral yolunun üzərində yerləşir. Arxipo-Osipovkanın inzibati yurisdiksiyası altında olan ən yaxın yaşayış məntəqələri şimal-qərbdə Tekos və şərqdə Teşebsdir. Dzubqa və Betta kəndləri çimərlik sahili və kurort yerinin olması baxımından Arkhipo-Osipovka kəndinin qonşudur. Betta xutoru Qara dənizdən 10 km qərbdə yerləşir, avtomobillə ona olan məsafə 36 kilometirdir[2].
Relyeif əsasən dağlıq və dağ ətəyidir. Kənd bütövlükdə sahildən şimala doğru uzanan formaya malikdir. Arxipo-Osipovkanın cənub hissəsi əsasən Rusiyanın və kənarda gələn turistlərin qəbulu və yerləşdirilməsi uyğundur. Mərkəzi çimərlikdən uzaq olan şimal hissəsi əkinçilik və bağçılıq sahəsi üzrə ixtisaslaşıb.
1475-ci ildən sonra bu ərazi bütün Qara dəniz sahilləri ilə birlikdə Osmanlı İmperatorluğunun bir hissəsi idi. 1829-cu ildən Adrianopol sülhü bağlandıqdan sonra ərazi Rusiyaya keçdi. Bundan sonra Vulan çayının mənsəbində, Qara dəniz sahil zolağının dayaqlarından biri olan Mixaylovski qalası inşa edildi.
Qafqaz müharibəsi bitməzdən əvvəl Adıge kəndi Psixop (adıge Psişop) kəndin yerində yerləşirdi. K. H. Meretukovun yazdığına görə, Adıgeylər arasında kənd Tsopsin kəndi kimi də tanınırdı.[3][4]
Müasir qəsəbənin əsası 1864-cü ildə Vulanskaya kəndi kimi qoyulmuşdur.
1889-cu ildə kənd Arxipo-Osipovka adlandırıldı. Kəndə 1840-cı ildə qəhrəmancasına fədakarlıq göstərmiş rus ordusu siravisi Arxip Osipovun adı verlmişdir[5].
1960-cı il martın 8-də kənd kurort şəhəri statusu almışdır.
2010-cu ilin ümum Rusiya əhalinin siyahıya alınmasına görə qəsəbənin əhalisi 7 853 nəfərdir.[6] Milli tərkib baxımdan ruslar üstünlük təşkil edir.
Xalqlar | Əhalinin sayı | % |
---|---|---|
ruslar | 6 367 | 81,08 % |
ermənilər | 328 | 4,18 % |
ukraynalılar | 199 | 2,53 % |
digərləri | 959 | 12,21 % |
Cəmi | 7 853 | 100 % |
Əsas sənaye obyektləri: ağac emalı sexi, meyvə saxlama, qida istehsalı (şərab, meyvə konservləri və s.).
Kəndin yaxınlığında "Mavi axın" qaz kəmərində təzyiqi saxlayan dünyanın ən böyük qaz kompressor stansiyalarından biri "Sahil" yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.