Arvid Karlsson (ing. Arvid Carlsson; 25 yanvar 1923[1][2][…], Uppsala[3] – 29 iyun 2018[4][5][…], Göteborq) - İsveç farmakoloqu, 2000-ci ildə Pol Qrinqard və Erik Kandellə birgə sinir sistemində siqnal ötürülməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bağla
Arvid Karlsson 1923-cü ilin yanvar ayının 25-i İsveçdə, Uppsala şəhərində orta təbəqədən olan ziyalı ailəsində anadan olub. 1941-ci ildə Lund
Universitetinə daxil olur, 1951-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alır. 1944-ci ildən farmakologiya kafedrasında asistent kimi çalışır. 1951-ci ildə yardımçı professor, 1956-cı ildə dosent (Associate Professor) adına layiq görülür. 1955-1956-cı illərdə ABŞ-nin Milli Ürək İnstitutunda Kimyəvi Farmacologiya Laboratoriyasında qonaq professor olub. 1959-cu ildə İsveçin Qotenburq Universitetində farmakologiya üzrə professor olur (1959-1976 illərdə müdir).[6]
- 1962 -Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının (Collegium Internationale Neuro-Psychopharmacologicum) üzvü (Prezident 1978-1980).
- 1968 -nQotenburqda Texniki və Humanitar Elmlər üzrə Kral Cəmiyyətinin
- 1972 - Yapon Farmakoloji Cəmiyyətinin xarici üzvü
- 1974 - Amerikan Neyropsixofarmakoloji Kollecinin xarici üzvü
- 1974 - Alman Farmakoloji Cəmiyyətinin müxbir üzvü
- 1975 - İsveç Kral Elmlər Akademiyasının üzvü
- 1983 - Qotenburq Tibbi Cəmiyyətinin fəxri üzvü
- 1989 - Avropa Akademiyasının (Academia Europaea) üzvü
- 1991 - Bioloji Psixiatriya üzrə Cəmiyyətlərinin Dünya Federasiyasının fəxri üzvü
- 1992 - Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının fəxri üzvü
- 1992 - Tibb və Psixitriya Akademiyasının (Academia Medicinae & Psychiatriae) fəxri üzvü
- 1996 - ABŞın Milli Elmlər Akademiyasının Tibb İnstitutunda ortaq xarici üzvü
- 1997 - İsveç Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü
- 1998 - Alman Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü
- 1999 - Skandinav Psixofarmakoloji Cəmiyyətinin fəxri üzvü
- 2000 - Qərbi İsveçin Parkinson Assosiasiyasının (Parkinsonföreningen i Västra Sverige) fəxri üzvü
- 1947 - Lund Universitetinin (İsveç) Magnus Blix adına Ödülü
- 1970 - Parkinson Xəstəliyi Fondunda (Nyu-York) İlk İllik Ceyms Parkinson Mühazirəsi və Ödülü
- - Per Dabb Qızıl Medalı, neurokimya sahəsində araşdırmalarına görə, Qotenburq Tibbi Cəmiyyəti
- 1973 - San Dieqo Neyrologiya Cəmiyyətinin (Kaliforniya) İkinci İllik Qrass Fondu Mühzairəsi
- 1974 - Oslo Universitetinin (Norveç) Anders Yare Tibbi Ödülü
- 1975 - American Psixiatrları Kollecinin (Feniks, Arizona) Stenli R. Din Mühazirə və Ödülü
- - antidepressantlar və neyroleptiklər üzrə araşdırmalarına görə Anna-Monika Fondunun (Münxen) Birinci Mükafatı
- 1978 - İsveç Kralının Medalı
- 1979 - Tibb üzrə Volf Ödülü, Yerusəlim, İsrail (R. V. Sperri və O. Hornikviçlə birgə).
- 1981 - Uppsala Universitetinin (İsveç) Björkénska Ödülü
- - Tomas Vilyam Salmon Mühzairələri və Medalı, Nyu-York
- 1982 - Gerdner Fondunun Ödülü, Toronto, Kanada.
- 1985 - İsveç Kral Elmlər Akademiyasının Hilda və Alfred Eriksson Ödülü
- - Parkinson xəstəliyinin tədqiqatına görə Senator Dr. Frants Burda Fondunun (Vyana, Avstriya) təqaüdü
- 1986 - Helsinki Universitetinin (Finlandiya) Medalı
- 1988 - Lund Universitetinin (İsveç) İllik Neyrobioloji Mühzairə Ödülü. İsveç Tibbi Assosiasiysaının Yubiley Ödülü
- 1989 - Seçkin Mühazirə Sırası, İrvin Nevrologiya Assosiasiysaı (İrvin, Kaliforniya)
- - Nevroloji araşdırmalarda Seçkin Nailiyyətlərinə görə İkinci İllik Bristol-Mayers Ödülü, Nyu-York (C. Akselrod və P. Qrinqardla birgə)
- - Pördyu Universitetinin (Qərbi Lafayet, İndiana) Varro E. Tayler Seçkin Mühzairə Ödülü
- 1990 - Amerikan Psixopatoloji Assosiasiyasının (Nyu-York) Paul Yüksək Ödülü
- - Amerikan Parkinson Xəstəliyi Assosiasiyasının (Mayami, Florida) Fred Springer Ödülü
- 1991 - Vilyam K. Uorren Şizofreniya Araşdırmalar Ödülü (Takson, Arizona).
- 1992 - Yansen Araşdırmalar Fondunun (Paris, Fransa) Psixiatriya üzrə Açıq Fikir Ödülü (H. Hippius və H. van Praaqla birgə)
- - Katexolamin Klubunun (Anaheym, Kaliforniya) Yulius Akselrod Medalı .
- 1993 - Lilli Mühazirəsi (İndianapolis, Indiana).
- 1994 - Miçiqan Universitetində Albert Barrett Anma Mühzairəsi
- - Yapon Elm və Texnologiya Fondunun Psixologiya və Psixiatriya üzrə Yapon Ödülü
- - ABŞın Şizofreniya və Depressiya Araşdırmaları üzrə Milli Birliyinin Elmi Şurasının verdiyi şizofreniya araşdırmalarına görə Liber Ödül
- 1995 - Lundbek Fondunun (Roskilde, Danimarka) Tədqiqat Ödülü. Robert J və Kler Pasarov Fndunun Neyropsixiatrik Araşdırmalar Ödülü (Los-Anceles, ABŞ).
- - Avropa Neyropsixofarmakoloji Kollecinin VIII Konqresində (Venesiya) Sintelabo Mühazirəsi
- 1996 - American Bioloji Psixiatriya Cəmiyyətinin "Ömür Nailiyyəti" lövhəsi
- - İsveç Parkinson Assosiasiyasının Qızıl Medalı və Fəxri Diplomu
- 1997 - Münxendə (Almaniya) Psixiatriya üzrə Maks Plank İnstitutunun Krepelin Qızıl Medalı
- 1998 - Kanadanın Bioloji Psixiatriya Cəmiyyətinin (Toronto) Qızıl Medalı
- 1999 - Bari Universitetinin (İtaliya) Qızıl Medalı, Seçkin Mühazirəsi və Ödülü
- - Dei Linçei Akademiyasının (Vaşaqgözlülər Akademiyası, Roma) Uluslararası Antonio Feltrinelli Ödülü
- 2000 - Tibb və Fiziologiya üzrə Nobel Ödülü.[7]