From Wikipedia, the free encyclopedia
Armais Əmiroviç Aslanov (erm. Արմաիս Ամիրովիչ Ասլանով; 3 may 1923, Bakı – 12 iyul 1992, Qlevaxa[d], Kiyev vilayəti) — erməni əsilli Azərbaycan-sovet dövlət xadimi.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
1923-cü ildə fəhlə ailəsində anadan olmuşdur, ermənidir, 1945-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Sov.İKP MK yanında Ali Partiya Məktəbi bitirmişdir.
1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1946-cı ildən rayon komsomol komitəsinin şöbə müdiri, birinci katibi, Azərbaycan KP Orconikidze RK-nın şöbə müdiri, katibi, ikinci katibi olmuşdur. 1959-cu ildən Azərbaycan KP MK partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Bakı Məhəlli Sovxoz İstehsalat İdarəsinin partiya təşkilatçısı, Azərbaycan KP MK-nın ispektoru vəzifələrində işləmiş. 1967-ci ildən Bakı Ali Partiya Məktəbində rəhbər partiya və sovet kadrların hazırlığını artırma kurslarının müdiri olmuşdur. 1974-cü ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədridir.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinidir.
Azərbaycan KP MK üzvüdür.
Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mardakert seçki dairəsi).
1992-ci ildə vəfat edib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.