Arimaspi xalqı (q.yun. Ἀριμασποί q.yun. Ἀριμασποί, lat. Arimaspi) — qədim dünyanın şimal-şərqində yaşamış mifik bir xalq.

Thumb
Qrifon və bir gözlü Arimasp arasında döyuş təsviri.

Onlar haqqında Herodotun və bir neçə qədim yunan tarixçilərinin əsərlərində rast gəlmək olar.[1] Heredota görə onlar təkgözlü (Arimasp sözü skif dilindən bu cür tərcümə olunur) insanlar idilər və qrifonlar ilə döyüşürlər. Bir sıra tədqiqatçılar, Arimaspiyalıların tunc dövründə mövcud olmuş Cənubi Sibirdə yaşamış köçəri Skif xalqı olduğunu bildirirlər.[2]

Tarixi yazılar

Arimaspilər haqqında məlumat mənbəyi, Prokonsdan olan Kaistrobiusun oğlu Aristeyin tam bitməmiş "Arimaspilər haqqında dastan" (və ya "Arimaspia") epik şeiridir.

Aristeyə görə, Arimaspilər İssedonlardan şimalda yaşayırlar. Onlardan şimalda isə qızıl mühafizə edən qriffonlar yaşayır və Arimaspilər onlar ilə döyüşürlər.

Üstəlik, Arimasplar İssedonları ölkələrindən qovmuşdurlar, onlar da öz növbəsində SkifləriKimmerləri öz yaşadıqları ərazilərdən qovmuşdurlar. Herodot isə Skif dilində "tək gözlü" ("arima" — bir, "spu" — göz) mənasını verən "arimasp" sözünün izahını da verir[3](görünür, Arteyisun şeirindən götürülüb).

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.