From Wikipedia, the free encyclopedia
Aram İliç Xaçaturyan (24 may (6 iyun) 1903[1][2], Tiflis[3][1][…] və ya Kocori, Tiflis quberniyası – 1 may 1978[4][5][…], Moskva[6][7][…]) — erməni mənşəli bəstəkar; Azərbaycan SSR xalq artisti (1973),[8] SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1950).[8] Ermənistan SSR Dövlət himninin müəllifidir (1944).[8]
Aram Xaçaturyan | |
---|---|
erm. Արամ Խաչատրiան rus. Арам Хачатурян | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 may (6 iyun) 1903[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 1978[4][5][…] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | klassik musiqi bəstəkarı, dirijor, musiqi pedaqoqu, xoreoqraf, musiqişünas, universitet müəllimi[d], pianoçu, film bəstəkarı, pedaqoq, siyasətçi, violonçelçi[d] |
Fəaliyyət illəri | 1926–1978 |
Janrlar | Akademik musiqi, balet, konsert[d], simfoniya, kamera musiqisi |
Musiqi alətləri | violonçel, piano, skripka |
Təhsili |
|
Üzvlüyü |
|
Elmi dərəcəsi |
|
Mükafatları |
|
khachaturian.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Üzeyir Hacıbəyovun assistenti Zaxar Yakovleviç Stelnikin xatirələrindən:[9]
Mərkəzi Komitədən Üzeyir bəyə zəng edib tapşırmışdılar ki, Aram Xaçaturyanın yeni simfoniyasını hazırladıb dinləmə keçirilsin və şura tərəfindən qəbul edilib təsdiq edilsin. Öyrəndik ki, ermənilər İrəvanda onun əsərini təsdiq etməyiblər. Üzeyir bəy göstəriş verdi, partitura orkestrdə paylandı, əsər dinlənilməyə hazırlandı. Professor-müəllim heyəti toplanıb Xaçaturyanın simfoniyasına qulaq asdı. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzkirələr olmalı idi. Hamı gəldi. Divar boyu düzülmüş stullarda əyləşdilər. Xaçaturyan baş tərəfdə oturdu. Mən və Cövdət Hacıyev, biz Üzeyir bəyin assistentləri idik, qapının sol və sağ tərəfindəki stullarda yerimizi tutduq. Bir neçə dəqiqə keçdi. Heç kim dillənmirdi. Adətən bu tipli müzakirələr coşğu ilə keçərdi. Üzeyir bəy bığlarını dartışdırır və gözləyirdi ki, görək kim söz istəyəcək. Toplantı iştirakçıları bir neçə dəqiqəni də məzar sükutu ilə yola verdilər. Nəhayət, Üzeyir bəy dilləndi. Qonaq başa düşsün deyə rusca:
- Nə olar, - dedi, - heç kim danışmaq istəmirsə, mən danışaram. Belə, yoldaşlar. Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz. Bunu deyib, Üzeyir bəy susdu. Yenidən otağı bürüyən sükunəti Xaçaturyanın addım səsləri pozdu. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxdı. Bu, onun Azərbaycandan axırıncı gedişi oldu. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.