From Wikipedia, the free encyclopedia
Aral Qaraqumu[2]
Aral Qaraqumu səhrası | |
---|---|
qaz. Арал қарақұмы | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 55 m |
Sahəsi | 40,000[1] |
Yerləşməsi | |
46°48′47″ şm. e. 60°36′55″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
|
|
|
- qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir.
Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir.
Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür. İsti yay ayları takırların çadarlaşması müşahidə edilir. Yağışlar və qar suları yeri isladarkən takır və şoranklıqlar su keçirkəz gil suxuları səbəbindən şoran gölməçələr yaranır.
Ərazisində daimi axara malik çay yoxdur. Çaylar əsasən yağışlar və qar suları ilə qidalanır. Müvəqqəti çaylar bir müddətdən sonra quruyur.
Səhranın bitki örtüyü özündə əsasən ot (Yovşan, Anabasis salsa) və yarımkol (yulğun, Cuzqun) bitkiləri üstünlük təşkil edir. Dəvətikanı bitkisi geniş yayılmışdır .
İqlimi təskin kontinentaldır. Mövsümlər arasında kəskin ampletut fərqi vardır. İl ərzində cəmi 120 mm yağıntı düşür.
Yaz və yayda əsasən qərb və şimal-qərb, payız və qışda isə şərq və şimal-şərq küləkləri əsir. Küləklərin sürəti 3–7 m/s təşkil edir. İlik 45 günü qum fırtınaları müşahidə edilir. İlin 54 gün yağış, 26 gün duman, 10 gün çovğun, 12 gün fırtına müşahidə edilir.
Qrunt sularının səthə yaxınlığı səbəbindən heyvanların su ilə təminatında çətinlik yaranmır. Qazılan quyular vastəsi ilə içməli suya olan təlabat ödənilir. Surarın səthə yazınlığı səbəbindən heyvanları ota olan təlabatı il boyu odənilə bilir. Qoyunçuluq və dəvəçilik inkişaf etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.