Aqrometeorologiyameteoroloji amillərin bitkiyə və kənd təsərrüfatı heyvanlarına təsirini, bu amillərin kənd təsərrüfatına vurduğu zərərin qarşısını almaq metodlarını tədqiq edən elm.[1]

Thumb
İqlim dəyişmələri bağçılıq məhsullarına ciddi təsir göstərmişdir

İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirilməsi

Belə qiymətləndirmə üçün bitkinin istiliyə, rütubətə və digər iqlim amillərinə olan təlabatının kəmiyyət göstəricilərini hesablamaq və onları ərazinin iqlim ehtiyatları ilə müqayisə edərək müxtəlif rayonlarda ayrı-ayrı mədəni bitkilər üçün iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını müəyyənləşdirməkdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin metodikası hələ XIX əsrdə A.İ.Voyeykov, P.İ.Brounov tərəfindən işlənmiş və Q.T.Selyaninov, P.İ.Koloskov, F.F.Davitaya, Dj.Assi və digər xarici alimlər tərəfindən inkişaf etdirilmişdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirilməsində aşağıdakılar təhlil edilir:

  1. vegetasiya dövrünün və onun ayrı- ayrı hissələrinin termik və qismən işıq şəraiti;
  2. həmin dövrlərdə yağıntı və torpağın rütubətlənmə şəraiti;
  3. havanıntorpağın minimal temperaturu, qar örtüyünün hündürlüyü ilə xarakterizə olunan payızlıq və çoxillik bitkilərin qışlama şəraiti;
  4. kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələr.

Bununla yanaşı bitkilərin iqlimə olan təlabatını bilmək lazımdır: havanıntorpağın optimal və böhran temperaturlarını; tam vegetasiya üçün tələb olunan temperatur cəmi; məhsuldarlığı təmin edən rütubət miqdarı və s. Bu iqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin I prinsipial xüsusiyyətidir. Belə qiymətləndirmənin II prinsipial xüsusiyyəti əsas iqlim amillərinin və kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələrin təkrarlanması barədə məlumatlardır.Bu isə bitkilərin inkişafının və məhsuldrlığının iqlim amilləri ilə (istilik,rütubət) təminatını hesablamağa imkan verir.[2]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.