![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/ThomasHenryHuxley.jpg/640px-ThomasHenryHuxley.jpg&w=640&q=50)
Aqnostisizm
Tanrının varlığının bilinməsinin qeyri-müəyyən olduğunu irəli sürən görüş / From Wikipedia, the free encyclopedia
Aqnostisizm — tanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu, eləcə də sözügedən varlıqların mövcud olmasının və olmamasının da sübut oluna bilməyəcəyini irəli sürən fəlsəfi görüş.[1][2][3]
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/ThomasHenryHuxley.jpg/640px-ThomasHenryHuxley.jpg)
Filosof Uliam Rou aqnostisizmi belə tərif edir: "Aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir görüşdür".