From Wikipedia, the free encyclopedia
Antuan Jerom Balar (fr. Antoine-Jérôme Balard; 30 sentyabr 1802 – 30 mart 1876) — fransız kimyaçısı, 1844-cü ildən Paris Elmlər Akademiyasının üzvü.[3]
Antuan Jerom Balar | |
---|---|
Antoine-Jerome_Balard | |
Doğum tarixi | |
Doğum yeri | Monpelye (Fransa) |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Paris (Fransa) |
Elm sahəsi | kimya[1] |
İş yerləri |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Antuan Jerom Balar 1802-ci il sentyabrın 30-da Monpelyedə anadan olmuşdur. 1826-cı ildə o, Monpelyedə əczaçılıq fakültəsini bitirmiş və 1834-1836 illərdə əczaçı kimi çalışmışdır.. O 1836-1845-ci illərdə Əczaçılıq Məktəbində və Monpelye Universitetində, 1845-ci ildə Sorbonnada, 1846-1851-ci illərdə Parisdəki Ali Normal Məktəbdə və 1851-ci ildən isə Kolleci de Fransda. dərs demişdir.
Elmi tədqiqatın əsas sahəsi qeyri-üzvi kimyadır. (1826-cı ildə o Aralıq dənizi duz mədənlərinin duz məhlullarını tədqiq edərkən murid( lat.muria – duzlu məhlul) adlı yeni element kəşf etmişdir. Paris Elmlər Akademiyasının J.L.Gey-Lyussak və L.J.Tenarın daxil olduğu Komissiyası Baların yeni kəşfini təsdiq etmiş, lakin adı uğursuz olduğu üçün, yeni “Bromo” adını təklif (yunanca bromos üfunətli deməkdir) etmişlər. 1830-cu ildə London Kral Cəmiyyəti alimi ən yüksək mükafatlardan biri olan Kral medalı ilə təltif etmişdi. O 1834-cü ildə Javel suyu və əhəngin tərkibini müəyyn etmişdi. Fransız kollecində kimya kafedrasına rəhbərlik məsələsində O.Loranın namizədliyinə baxmayaraq Baların seçilməsi zamanı Ş.Jerarın söylədiyi "Balar bromu deyil, brom Baları kəşf edib" ifadəsi o zaman çox geniş yayılmışdı. Balar 1844-ci ildən Paris Elmlər Akademiyasının üzvü, 1862-ci ildə isə Fransa Kimya Cəmiyyətinin prezidenti olmuşdu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.