From Wikipedia, the free encyclopedia
Antonio Karlos Brazileyro de Almeyda Jobim (port. Antônio Carlos Brasileiro de Almeida Jobim, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya – 8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Vilyams tərəfindən ifa edilmişdir.
Antonio Karlos Jobim | |
---|---|
port. Antonio Carlos Jobim | |
Ümumi məlumatlar | |
Doğum adı | Antônio Carlos Brasileiro de Almeida Jobim |
Ləqəbi | Tom Jobim |
Doğum tarixi | |
Doğum yeri | Rio-de-Janeyro, Braziliya |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | Rio-de-Janeyro, Braziliya |
Vətəndaşlığı | Braziliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
bəstəkar aranjmançı müğənni şair |
Fəaliyyət illəri | 1956–1994 |
Janrlar | caz, bossa-nova |
Musiqi alətləri | piano, gitara, fleyta |
Albom şirkətləri | Verve, Warner Bros., Elenco, A&M, CTI, MCA, Philips, Decca, Sony |
Mükafatları |
|
jobim.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (port. Garota de Ipanema, ing. The Girl from Ipanema) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir.
Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.
"Getz/Gilberto" albomu ABŞ-də bossa-nova çılğınlığına səbəb oldu, bu musiqi stili ABŞ-nin ardınca bütün dünyada geniş populyarlıq qazandı. Getz daha əvvəl Çarli Bördlə "Jazz Samba" (1962) və Luiz Bonfa ilə "Jazz Samba Encore!" (1964) albomlarını yazdırmışdı. Jobim ən çox satılan caz albomlarından sayılan "Getz/Gilberto" albomundakı bir çox mahnıların bəstəkarı idi və albomdakı "The Girl from Ipanema" və "Corcovado" mahnılarını ifa edən Astrud Gilberto musiqi dünyasında sensasiya yaratmışdı. 1965-ci il Qremmi mükafatının təqdimetmə mərasimində "Getz/Gilberto" albomu "İlin albomu", "Ən yaxşı caz-instrumental albomu" və "Ən yaxşı səs keyfiyyətinə malik qeyri-klassik albom" nominasiyalarında Qremmi mükafatına layiq görüldü. "The Girl from Ipanema" mahnısı isə "İlin mahnısı" elan edildi.
Antonio Jobim keçirdiyi cərrahiyə əməliyyatından sonrakı ağırlaşmalar nəticəsində baş verən ürək dayanması nəticəsində 1994-cü il 8 dekabrda Nyu-Yorkun "Maunt Sinay" xəstəxanasında vəfat etmiş, 20 dekabr 1994-cü ildə Rio-de-Janeyroda Sao-Joao Batista qəbiristanlığında dəfn edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.