From Wikipedia, the free encyclopedia
Anton Makarenko (13 mart 1888[1][2][…], 1 (13) mart 1888[3] və ya 1891[4], Belopolye[d], Xarkov quberniyası[d] – 1 aprel 1939[5][6][…] və ya 1962[4], Qolitsıno[d], Moskva vilayəti) — SSRİ pedaqoqu və yazıçısı.
Anton Makarenko | |
---|---|
Anton Semyonoviç Makarenko | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | pedaqoq, maarifçi, yazıçı, müəllim |
Fəaliyyət illəri | 1914-cü ildən |
Üzvlüyü | |
makarenko.edu.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Sovet məktəb və pedaqoji fikrin ən məşhur siması əslən ukraynalı Anton Semyonoviç Makarenkodur. O, Poltava Müəllimlər İnstitutunu qızıl medalla bitirmiş və Kryukova ibtidai məktəb müfəttişi vəzifəsinə təyin olunmuşdur. A. S. Makarenko 1920-ci ildə davranış pozuntusu olan yeniyetmələr koloniyasına müdir təyin olunmuşdur.1926-cı ilin may ayında bu koloniya bərbad halda olan Kuryajdakı koloniya ilə birləşdirməli oldu. Bunun üçün koloniya Kuryaja köçdü. Makarenkonun rəhəbrlik etdiyi koloniyada 150-yə yaxın uşaq və yeniyetmə olduğu halda, Kuryajdakı koloniyada 280 uşaq vardı. Makarenkonun Qorki adına Koloniyadan gətirdiyi yaxşı ənənələrin dağılması və çoxluqda olan kuryajların təsiri altına düşüb əriməsi qorxusu vardı, lakin Makarenkonun çox incə, psixoloji cəhətdən dəqiq düşünülmüş pedaqoji taktı və tədbirlər sistemi bu çətinliyə qalib gəldi. 1927-ci ildə Ukrayna çekistlərinin toplamış olduğu vəsait hesabına Dzerjinskiyə xatirə olaraq onun adına yurdsuz uşaqlar üçün bir kommuna təşkil etmək qərara alındı. 1927-ci ilin axırlarında kommunanın rəsmi açılışı oldu. Onun rəhbərliyi ilə idarə olunması A. S. Makarenkoya tapşırıldı. Elə həmin vaxt Ukraynada böyük şöhrət qazanan A. S. Makarenkonun iş üsuluna ciddi hücumlar başladı. 1928-ci ilin yayında Ukrayna XMK-nın elmi şurasında mühafizəkar pedaqoqların təsiri ilə A. S. Makarenko təqiblərə məruz qalmışdır. O fəaliyyətini yalnız 1928–1935-ci illərdə Dzerjinski adına kommunada davam etdirmişdir. Onun irəli sürdüyü təbiyəyə aid düşüncələr Sovet ideologiyasına zidd olaraq qiymətləndirilmişdir, lakin o öz şöhrəti və M. Qorkinin köməyi ilə ölüm cəzasından yaxasını qurtarmağa müvvəffəq olmuşdur. Makarenko M. Qorkinin təkidi ilə Moskvaya köçür və ədəbi fəaliyyətlə məşğul olur.
A. S. Makarenkonun pedaqoji ideyasının əsasını kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipi təşkil edirdi. O, düşünürdü ki, pedaqoqların qarşısında duracaq məqsəd kollektivi təşkil və tərbiyə etməkdir. O, düşünürdü ki, kollektiv nail olmaq istədiyi hədəfə çatdıqda, yeni hədəfə çatmağı qarşıya məqsəd qoymalıdır. Yoxsa kollektivin fəaliyyəti tükənər, onda bir rahatlanma baş verər və onun üzvlərini ruhlandıran arzu və istək olmaz. Makarenko tərbiyədə "paralel təsir" prinsipi əsas yerlərdən birini tutur.
Makarenko Moskvada yaşayarkən bir sıra təcrübələrə yiyələnmiş və həmin təcrübələrə əsaslanaraq müxtəlif əsərlər yazmışdır. Həmin əsərlər aşağıdakılardır:
"Pedaqoji poema", "Valideynlər üçün kitab", "Qüllələr üzərində bayraqlar".
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.