Antifriz – (anti…+ ing. freeze – donmaq) — mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan maye. Antifrizlərin istilik tutumu, qaynama və alovlanma temperaturları yüksək olmalı, istiliyi yaxşı keçirməli, aşağı temperaturlarda özlülüyü az olmalı, mümkün qədər az köpüklənməli, metal hissələrdə korroziya törətməməli, şlanq və rezini dağıtmamalıdır. Antifrizlər kimi etilenqlikol, qliserin, bəzi duzların (məs., kalsium və ya natrium xloridin) suda məhlulları geniş işlədilir. Ən yaxşı antifrizlər korroziyaya qarşı qatqılar əlavə edilmiş məhlullardır. 66,7% etilenqlikol ilə 33,3% sudan ibarət qarışıq –75oC-dək temperaturda donmur. Belə məhlulların həcmi donma zamanı cüzi artır və donma temperaturunadək soyuduqda boruları və radiator sistemlərini dağıtmır.[1][2]
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.