Antidepressantlar
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Antidepressantlar (anti… + depressiya) – xəstəlik nəticəsində enmiş əhval-ruhiyyəni yaxşılaşdıran, həyəcan və gərginliyi təsir edə bilən psixotrop maddələr.
Antidepressantlar ilk dəfə (iproniazid və imipramin) 1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində tətbiq edilmişdir. Kimyəvi quruluşuna görə antidepressantlar tsiklik (mono-, bi-, tri və tetratsiklik) və atsiklik birləşmələrə bölünür. Litium duzları da antidepressiv təsir göstərir. Antidepressantların dəqiq təsir mexanizmi məlum deyil. Belə hesab edilir ki, o mərkəzi sinir sisteminin neyromediatorlarının (adrenalin, serotonin, dofamin) inaktivasiya proseslərinin tormozlanmasından ibarətdir. Antidepressantların timoleptik (əhval-ruhiyyəni yaxşılaşdırma) təsiri tədricən (14–15 gündən sonra) baş verir. Antidepressantlar müxtəlif tip depressiyalar (endogen, psixogen, somatogen və s.) zamanı təyin olunur. Quruluş və təsir mexanizmindən asılı olaraq müxtəlif dözümlülük və əlavə təsir spektri (kardiotoksik, hematotoksik) vardır. Qlaukoma, sidiyə çıxmama, bağırsaq atoniyası zamanı trisiklik antidepressantlar (imipramin və s.) ehtiyatla təyin edilir. Antidepressantlarla müalicə həkimin nəzarəti altında aparılmalıdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.