From Wikipedia, the free encyclopedia
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[1][2][…], Sedan[3] – 27 iyul 1675[1][2][…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir.
Anri de La Tur d'Overn Türenn | |
---|---|
fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1611[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyul 1675[1][2][…] (63 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru qoşunları |
Xidmət illəri | 1625-ci ildən |
Rütbəsi | generalisimus |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir.[4]
1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir. 1646-cı ildə Hessendə isveçli Karl-Qustav Vrangelin qoşunları ilə birləşmiş, onların birgə uğurları Bavariya kürfürstünü Fransa ilə sülh bağlamağa məcbur etmişdir. 1647-ci ildə Türenn Hollandiyada, 1648-ci ildə Vrangel ilə birlikdə yenidən Bavariyada fəaliyyət göstərmişdir. Türenn 1649–1651-ci illərdə Fronda müharibəsi zamanı II Lüdovik de Burbon-Konde ilə birlikdə hökumətə qarşı fəaliyyətlərdə iştirak etmiştir, lakin 1651-ci ilin mayında ona amnistiya verilmiş və gələn ilin əvvəlində Kondeyə qarşı vuruşmuşdur. Sonuncular və onunla müttəfiq olan ispanlar üzərində qazanılan uğurlara görə 1660-cı ildə Türennə "maréchal-général des armées" titulunu verilmişdir.[4]
1666-cı ilə qədər o, XIV Lüdovikin əmrində idi və onunla birlikdə 1667-ci ildə Flandriyaya yürüş etmişdir. Türenn Hollandiya müharibəsi zamanı Reyn üzərində hərəkət etmiş və Elzası müdafiə etmişdir. 27 iyul 1675-ci ildə Zasbaxda düşmən mövqeyini müəyyən etmək üçün yola düşmüşdür, lakin bu zaman öldürülmüşdür.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.