From Wikipedia, the free encyclopedia
Anql-Afrikalılar – CAR-da xalq.
Ümumi sayı |
---|
Təqr. 2 mln. nəfər (1995) |
Dili |
Afrikaans dili, ingilis d.nin Cənubi Afrika dialekti, |
Dini |
Xristian |
Bir qismi Zimbabve, Namibiya, Yeni Zelandiya, Avstraliya, B.Britaniya, Kanada və ABŞ-də yaşayırlar. Sayı təqribən 2 mln. nəfərdir (1995). Anql-Afrikalılar ingilis dilinin Cənubi Afrika dialektində danışırlar. Afrikaans dili də yayılmışdır. Dindarları xristiandır. Anql-Afrikalılar B.Britaniyalıların nəsilləridir. Onların etnogenezində İrlandiya, Almaniya, Hollandiya və Fransadan, həmçinin Afrikadakı ingilis müstəmləkələrindən köçüb gələnlər də iştirak etmişlər. İlk dəfə 1620-ci ildə bura gələn ingilislər 19-cu əsrin əvvəlinədək hollandlar tərəfindən assimilyasiya edilmişdir. Kap müstəmləkəsinin B.Britaniya tərəfindən ələ keçirilməsindən (1806) sonra burada ingilis-afrikalı etnik birliyi formalaşmağa başlamışdır. 1820-ci ildə İngiltərə və Şotlandiyadan, 19-cu əsrin 60-cı illərində qızıl yataqlarının kəşf edilməsindən sonra isə B.Britaniyadan bu ərazilərə köç daha da gücləndi. Anql-Afrikalılarının bir hissəsi afrikanyorlar tərəfindən assimilyasiya olunmuşdur. Anql-Afrikalıların 95%-i şəhərlərdə yaşayır, əsasən, sənaye, maliyyə və ticarət sahələrində çalışırlar.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.