Ankara Etnoqrafiya Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ankara Etnoqrafiya Muzeyi — Ankaranın Altındağ ilçəsində yerləşir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cümə namazlarının qılındığı köhnə adı Namazgah təpəsi olan yerdə quruldu. Əvvəlcə Arxeoloji Muzey kimi istifadə ediləcəyi düşünülsə də, sonralar Rəsm və Heykəl Muzeyi olmağına qərar verildi. Muzeydə Türkiyənin Səlcuqluların gəlişindən başlayaraq ölkə tarixinin müxtəlif dövrlərinə aid Türkiyənin bütün bölgələrindən məhsullar toplanıb. 15 il ərzində Atatürkün müvəqqəti məqbərəsi də həmin binada yerləşirdi və müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri burada səfərlər edirdilər.
Bu məqalə qaralama halındadır. |
Ankara Etnoqrafiya Muzeyi | |
---|---|
Ankara Etnografya Müzesi | |
Əsası qoyulub | 1927 |
Ölkə | |
Yerləşir | Ankara, Altındağ ilçəsi |
39°55′57″ şm. e. 32°51′17″ ş. u.HGYO | |
etnografyamuzesi.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Bina Cümhuriyyət dövrünün əhəmiyyətli memarlarından olan Arif Hikmət Qoyunoğlu tərəfindən inşa edilmişdir. Binanın işini öz üzərinə alan isə Nafiz bəy olmuşdur. Bina düzbucaqlı şəklindədir və tək qübbəsi var. Binanın divarları küfeki daşı ilə örtülmüşdür. Binanın yuxarı hissəsi mərmərdir və oyma ilə bəzədilib. Binaya giriş üçün 28 nərdivan mövcuddur. Qapıdan girəndə qübbə altı salona və buradan da daxili həyət adlanan sütunlu hissəyə gedə bilərsiniz. Mərkəzdə mərmər hovuz tikilib və dam hissəsi açıq olaraq qalmışdı. Sonralar daxili həyət Atatürkə müvəqqəti məzar olaraq ayrıldıqda hovuz bağçaya köçürüldü və binanın damı örtüldü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.