![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8f/Anadol_A1_Arma.jpg/640px-Anadol_A1_Arma.jpg&w=640&q=50)
Anadol
From Wikipedia, the free encyclopedia
Anadol — Türkiyədə davamlı olaraq istehsal olunan ilk avtomobil markası. Markanın ilk modeli olan Anadol A1 (1966–1975), 1961-ci ildə Devrimdən sonra ikinci türk avtomobili olmuşdur.[1] Anadol avtomobilləri və pikapları 1966-cı ildən 1991-ci ilə qədər İstanbulda Ford Otosan tərəfindən istehsal edilmişdir.[2][3]
Anadol | |
---|---|
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Tipi | Özəl şirkət |
Sənaye | Avtomobil sənayesi |
Məhsulları | Avtomobil, pikap |
Təsis tarixi | 19 dekabr 1966 |
Bağlanma tarixi | 16 dekabr 1991 |
Baş qərargahın yeri |
![]() |
Rəhbərlik | |
Təsisçi | Vəhbi Qoç |
![]() |
Bu müddətdə yeddi Anadol modeli: A1 (1966–1975), A2 (1970–1981), STC-16 (1973–1975), SV-1600 (1973–1982), Böcek (1975–1977), A8–16 (1981–1984) və P2 500 (1971–1991) istehsal olunmuşdur.[4]
Anadol minik avtomobillərinin istehsalı 1986-cı ildə dayandırılmış, lakin P2 500 pikapının istehsalı 1991-ci ilədək davam etmişdir. Hal-hazırda Ford Otosan dünyanın çox sayda ölkəsinə ixrac olunan minik avtomobilləri və ticarət nəqliyyat vasitələri istehsal edir.