Amsterdam Kral Sarayı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Amsterdam Kral Sarayı — Hollandiyadakı 3 saraydan biridir. Saray Dam meydanında, Milli abidə ilə üzbəüz, Yeni Kilsənin yanında yerləşir.
Amsterdam Kral Sarayı | |
---|---|
Koninklijk Paleis Amsterdam | |
Ümumi məlumatlar | |
Memarlıq üslubu | neoklassik memarlığı |
Ölkə | |
Koordinatlar | 52°22′23″ şm. e. 4°53′29″ ş. u.HGYO |
Sahibi | Niderland krallığı |
Texniki detallar | |
Material | mərmər |
Dizayn və konstruksiya | |
Memar | Yakob van Kampen |
Veb-sayt | |
paleisamsterdam.nl/en/ paleisamsterdam.nl |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bina 20 iyun 1655-ci ildə Amsterdam hökmdarları tərəfindən bələdiyyə binası kimi istifadəyə verilmişdir.[2] Ancaq bu gün kral sarayı kimi tanınır.[3] Yakob van Kampen tərəfindən hazırlanmışdır. 1648-ci ildə Yakob van Kampen Amsterdam Şəhər İcra Hakimiyyəti layihəsinə rəhbərlik etdi. Binanın dəyəri 8,5 milyon Hollandiya guldeni təşkil edib. Bütün binada istifadə olunan sarımtıl daşlar Almaniyadan gətirilib. Lakin zaman keçdikcə daşlar daha tünd rəng aldı. Memar Romadakı ictimai binalardan ilhamlanmış və Şimalda Roma üslubunda yeni bir icra binası yaratmaq istəyirdi. Bina dəfələrlə dünyanın 8-ci möcüzəsi adlandırılıb.[4] O dövrdə Avropanın ən böyük inzibati binası idi.[5] Daha sonra kral sarayına çevrilən bina Kraliça tərəfindən dövlət səfərləri, Yeni il qəbulları və rəsmi əməliyyatlar üçün istifadə olunur.[6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.