Ermənistan hərbi lideri From Wikipedia, the free encyclopedia
Hamazasp Srvandzyan (erm. Համազասպ Սրվանձտյան; 5 iyun 1873, Van, Osmanlı imperiyası – 18 fevral 1921, İrəvan) — Erməni milli hərəkatının və Daşnaksütun partiyasının liderlərindən biri. Erməni terrorçusu.
Amazasp Srvantsyan | |
---|---|
erm. Համազասպ Սրվանձտյան | |
| |
Doğum tarixi | |
Doğum yeri | Van, Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İrəvan, Ermənistan SSR |
Milliyyəti | erməni |
Fəaliyyəti |
Daşnaksütun (1890–1920) Rusiya (1914–1917) Ermənistan (1918–1920) |
Fəaliyyət illəri | 1891–1899 |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Hamazasp Srvandzyan 1870-ci ildə Osmanlı imperiyasının Van bölgəsində anadan olmuşdur. Gənclik illərində Armenakan təşkilatına qoşulsada sonradan Daşnaksütun partiyasının sıralarına keçmişdir. Məktəbi bitirdikdən sonra saatsaz və zərgərlik sənətini öyrənmək üçün dərslər almağa başlayır. Erməni milli hərəkatının sürətlənməsinin ardından hərəkata qoşulur və Osmanlı imperiyasına qarşı aparılan hərbi əməliyyatlarda iştirak edir. Hamazasp müxtəlif vaxtlarda dinc əhaliyə qarşı törədiləcək qətliamların əsas iştirakçılarından olmuşdur. Onun rəhbərliyi altında Van, İrəvan və Şuşa şəhərlərində yaşayan müsəlman əhaliyə qarşı qətiamlar törədilmişdir.
Hamazasp Srvandzyan hərbi fəaliyyətinin əhəmiyyətli hissələrindən biri Azərbaycan ərazilərində baş tutmuşdur. Rusiya imperiyası dönəmində Yelizavetpol quberniyası daxilində yaşayan müsəlman əhaliyə qarşı qətliamlar törədən Hamazasp eyni zamanda 1905-ci il qətliamlarında da iştirak etmişdir. Erməni siyasi partiyalarının silahlı dəstələri Şuşa qəzasını azərbaycanlılardan təmizləmək üçün uzun müddət hazırlıq görmüş, müasir silahlarla təchiz olunmuşdular. Erməni silahlı dəstələrinə Hamazasp Srvandzyan komandanlıq edirdi.
1905-ci il avqustun 16-da kazaklar Şuşada bir ermənini tərk-silah etmək istəyərkən o, müqavimət göstərmiş və öldürülmüşdü. Bundan istifadə edən şəhərin erməni əhalisi qətlin günahını azərbaycanlıların üstünə ataraq qırğınlara başlamışdıar. Ermənilər 12 iyul 1906-cı ildə Şuşa şəhərində ikinci dəfə qırğınlara başlamışdılar. Onlar bir neçə gün əvvəl ölmüş bir erməninin meyitini Şuşanın general-qubernatoru Qoloşşapova göstərərək onun azərbaycanlılar tərəfindən yenicə qətlə yetirildiyini iddia edirlər. Qoloşşapovun əmri ilə hökumət Qumluq və Köçərli məhəllələrini top atəşinə tutur. Beş gün ərzində Şuşanın ermənilər yaşayan hissəsində bütün azərbaycanlı evləri yandırılır və dağıdılır.
Hamazaspın Azərbaycan ərazilərində yerli əhaliyə qarşı törətdiyi cinayətlar təkcə Qarabağla yekunlaşmır. O, eyni zamanda Quba bölgəsində 1918-ci ildə yerli əhaliyə qarşı törətdiyi qətliamlarlada məşhurlaşmışdır. 800 nəfərlik dəstə ilə şəhərə hücum edən Hamazasp yerli əhalinin müqaviməti ilə qarşılaşsada 3 mindən çox dinc əhalini qətlə yetirir və 105 evi dağıdır. 1918-ci ilin 25 aprel tarixində Bakı Kommunası yaradıldıqdan sonra Hamazasp Bakı şəhərinə gələrək buradakı daşnak ermənilərlə birgə fəaliyyət göstərməyə başlayır. Qafqaz İslam Ordusuna qarşı Bakı Kommunasının apardığı hərbi əməliyyatlarda erməni dəstələrinə rəhbərlik edərək, Göyçay döyüşündə fəal iştirak edir.
Hamazaspın dəstəsi Yevlax və Gəncə şəhərləri yaxınlığında Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti ordularına qarşı da mübarizə aparır. Bakı döyüşünün ardından şəhərin Qafqaz İslam Ordusunun nəzarəti altına keçməsi və Bakı Kommunasının süqut etməsindən sonra Hamazasp İrana qaçır. İranda bir müddət qaldıqdan sonra Ermənistana keçən Hamazasp burada yaradılmış Ermənistan Respublikasının fəaliyyətində yaxından iştirak etmək istəyir, ancaq 1921-ci ildə bolşeviklər tərəfindən həbs edilir. 1921-ci ilin 18 fevral tarixində İrəvan şəhərində yerləşən həbsxanada olarkən balta ilə öldürülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.