![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ae/Amarna_Akkadian_letter.png/640px-Amarna_Akkadian_letter.png&w=640&q=50)
Amarna arxivi
From Wikipedia, the free encyclopedia
Amarna arxivi — Yeni padşahlıq dövründə Qədim Misir hökuməti ilə onun Şərqi Aralıq dənizindəki nümayəndələri (Kənan və Amurru), eləcə də regionlardakı digər güclü dövlətlərin (Babilistan, Hatti, Mitanni, Assuriya) padşahları arasında gil lövhələr üzərində qeyd olunmuş və əsasən diplomatik xarakter daşıyan yazışmalar toplusu.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ae/Amarna_Akkadian_letter.png/320px-Amarna_Akkadian_letter.png)
Yazışmalar Amarnada (Qədim Axetatonun indiki adı, Yuxarı Misirdə firon Exnatonun əsasını qoyduğu paytaxt) aşkar edilmişdir. Amarna yazısı Misirologiyada qeyri-adidir, çünki yazı sistemində Akkad mixi yazısı üstünlük təşkil edir və bu, Qədim Misirdən daha çox Qədim Mesopotamiya üçün xarakterikdir. Bu günə qədər 382 tablet məlumdur.