![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0e/Lobes_of_the_brain_NL.svg/langaz-640px-Lobes_of_the_brain_NL.svg.png&w=640&q=50)
Alın payı
From Wikipedia, the free encyclopedia
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir.
Alın payı | ||
---|---|---|
Kəllə beynin diaqramı | ||
![]() | ||
Alın payı qırmızı rənglə göstərilmişdir. | ||
Latınca | Lobus frontalis | |
Qrey | subyekt 189 821 | |
Çəpgənin | hissəsi | |
NeuroNames | Burada-37 | |
MeSH | Frontal+lobe | |
NeuroLexID | 928 | |
Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür.
- Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
- Yuxarı alın qırışığı – lat. gyrus frontalis superior böyük beynin boylama yrığı ilə lat. sulcus frontalis superior arasında olur.
- Orta alın qırışığı – lat. gyrus frontalis medius yuxarı və aşağı alın şırımları arasında yerləşir.
- Aşağı alın qırışığı – lat. gyrus frontalis inferior aşağı alın şırımı ilə bayır şırım arasında yerləşir və bu şırımın qalxan və ön şaxələri vasitəsilə üç hissəyə bölünür:
a) qapaq hissəsi – lat. pars opercularis qalxan şaxədən dala yerləşir;
b) üçbucaq hissəsi – lat. pars triangularis qalxan şaxə ilə ön şaxə arasında olur;
c) gözyuvası hissə – lat. pars orbitalis ön şaxədən aşağı beyin əsasına tərəf yerləşir.
Aşağı alın qırışığının göz yuvası hissəsi alın payının aşağı (kəllə əsasına baxan) səthini işğal edir; onun üzərində böyük beyin yarığından bayır tərəfdə boylama istiqamətdə qoxu şırımı – lat. sulcus olfactorius gedir; bu şırımda qoxu soğanağı – lat. bulbus olfactorius yerləşir; qoxu şırımından bayır tərəfdə "H" hərifinə bənzər gözyuvası şırımlarş – lat. sulci orbitalis vardır. Böyük beynin boylama yarığı ilə lat. sulcus olfactorius arasında olan qırışığa düz qırışıq – lat. gyrus rectus və gözyuvası şırımları arasında olanlara lat. gyri orbitales deyilir.
Beyinin ön payı — Bir insan hərəkətlərini istiqamətləndirən qərarlar verərkən, bunu bir robot kimi məntiq qaydalarına əsasən etməz. Vicdanını dinləyər, hisslərini də buna əlavə edər. Elmi araşdırmalar beyinin ön payında mövcud olan "ventromedial prefrontal korteks" adlı hissənin bu qərarları verməsində əsas rol oynadığını müəyyənləşdirmişdir.
Özünü idarə etmə, nəticə çıxarma, incə düşüncəli və nəzakətli olma, qətiyyət kimi bir çox müsbət davranışlara beynimizin ön payı nəzarət edir. Normal insanın beyninin ön payında yüksək bir hərəkətlilik olduğu məlumdur. Bu hərəkətlilik insanın hisslərinin fərqinə varmasını təmin edir. Sevgi, xoşbəxtlik, qorxu, peşmançılıq, günahkarlıq kimi romantik reflekslərin olması beyindəki ön payın yaxşı işlədiyini göstərir. Beyinin ön payının işləmə mexanizmi araşdıran elm adamları heyrətamiz nəticələrlə qarşılaşmışlar. İnsan beynini digər canlılardan fərqləndirən diqqətəçarpan xüsusiyyət onun ön pay ölçüsünün digər canlılardan 40% daha böyük olmasıdır. Elm adamları beyinin bu hissəsinin əzbərlənmiş, avtomata bağlanmış əməliyyatlar əsnasında fəaliyyətdə olmadığını beyinə bağlanan elektrodlarla və müxtəlif rentgen cihazları ilə aparılan ölçmələr sayəsində kəşf etmişlər. Ancaq yeni bir məlumat alındığı və işləndiyi zaman ön pay hərəkətə keçir. Üstəlik, yeni öyrənilən məlumat insanı xoşbəxt edirsə, ön pay parıldamağa başlayır.
Yeni şeylər öyrəndiyimiz zaman beyinin ön payı yeni məlumatı öyrənmək üçün sürətli şəkildə işləyir. 1.3 kq ağırlığındakı bu ət parçasının hər zamankı vərdişlərindən fərqli bir məlumat olduğunu anlaması bir möcüzədir. Ancaq bundan daha möcüzəvi olan isə beyinin yeni məlumatı istifadə etmək üçün yeni dövrələrini, yəni ön payı bizim istəyimizdən asılı olmayaraq istifadəyə açmasıdır. Ön payın qeyd etdiyi yeni məlumatlar davranış modellərimizi dəyişdirərək ətrafımızı fərqli şəkildə qəbul etməyimizə gətirib çıxarır.
Bu dövrü, yəni yeni məlumatın fərqli nəticələr meydana gətirməsini biz izləmərik. Bu mexanizm möcüzəvi şəkildə avtomatik olaraq reallaşır. Məhz bu zaman əhəmiyyətli bir gerçək ortaya çıxır: Beyinin ön payının olduğu hissə burunun üstündə başın ön qismində, yəni alnımızdadır.