Altay aymağı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir.[1]
Altay aymağı | |
---|---|
Алтай аймағы | |
53°36′01″ şm. e. 91°23′17″ ş. u.HGYO | |
Ölkə | Rusiya Federasiyası, Xakasiya |
Tabesində | Xakasiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1944 |
Sahəsi | 1.736.1 km2 km² |
Mərkəzin hündürlüyü | 347 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 25.559 nəfər (2010) |
Digər | |
mo-altay.khakasnet.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir.
SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir.
Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır. Qərbdə Abakan çayı ilə aymaq sərhədləri ayrılmış və orada Ağban piltiri aymağı yerləşmişdir. Cənubda Pii aymağı, şimalda Xakasiyanın paytaxtı Abakan şəhəri ilə həmsərhəddir. Bölgənin sahəsi 1736 km²-dir. Aymaqlar içərisində sahəsinə görə VIII yerdədir. Abakan havalimanından 25 km məsafədə yerləşir. Bölgənin sahəsi içində Novo-Mixaylovskoye neft və qaz sahələri, Altay gölü sahillərində Altay Terapötik Palçıq Sanotoriyası bir çox xəstəliyin dərmanı hesab edilir.[2][3]
Altay aymağında 19 yaşayış məntəqəsi vardır. Bunlardan 9-ü kənd mərkəzidir.
2015-ci ildə həyata keçirilmiş siyahıyaalmaya görə, bölgənin əhalisinin sayı 25.962 nəfərdir.[4]
Bölgədə əhali qarışıq formada məskunlaşmışdır. Türk qruplarından xakas türkləri, slavyan qruplarından ruslar, ukraynalılar vardır. Erməni və azərbaycanlı əhali də yaşamqdadır.
Bölgədə başlıca iqtisadi məşğuliyyət kənd təsərrüfatıdır. Mədən yataqlarında ən çox kömür çıxarılır. Bölgə kpmür ehtiyyatları ilə zəngindir.
Yerli türk xalqlarının əsasən, təbii qıdalarla bəslənmələrinə görə xəstəlik səviyyəsi aşağıdır. 1940-cı illərdə ilk səhiyyə mərkəzləri tikilmişdir.
Bölgədən Abakan-Sayanoqorsk və Abakan-Bəy (Pii) magistr yolları keçməkdədir.
Türk boylarının tarixinin günümüzə uzantılarını araşdırmaq istəyən araşdırmaçılar üçün xakasların yaşayışı, mədəniyyəti, dili, sözlü tarixləri turizm çəkiçiliyidir. Ətrafda pozulmamış təbiət xüsusilə diqqət çəkəndir. Izıh kəndi ətraflarında tarixi-mədəni abidələr vardır. Izıh Çaataş (Yeni daş) adlı kurqan Oçur kəndindədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.