Alpout (Ucar)
Ucar rayonunda kənd From Wikipedia, the free encyclopedia
Ucar rayonunda kənd From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
Alpout — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Alpout | |
---|---|
40°26′25″ şm. e. 47°36′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3405 (2009) nəfər |
Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.
Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Laçın, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı dəli adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu sözdə də arxaikləşmiş və dilimizdə igid sözü işlənmişdir.
Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat-el mənasında işlənir. Yəni igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.
Alpout or., sadə. 1. Bərdə r-nunun eyni-adlı i.ə.v.-də kənd. Yuxarı Qarabağ kanalından bir qədər aralı, Qarabağ düzündədir; 2. Goranboy r-nunun Fəxralı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. 1953-cü ildə keçmiş
Samux r-nunun Alpout kəndinin buraya köçürülməsi ilə yaranmış yaşayış məntəqəsi keçmiş kəndin adını saxlamışdır; 3.Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şilyan çayının sol sahilində, Şirvan düzündədir; 4. Qazax rayonunun eyniadlı i.ə.v.-də kənd. Coqas çayının sol sahilində, dağ ətəyindədir; 5. Laçın r-nunun Qoşasu i.ə.v.-də kənd. Hocazsu çayının sol sahilində, Qabaqtəpə dağının ətəyindədir; 6. Ucar r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. 1914, 1917-ci illərə aid mənbələrdə Azərb.-nın Quba, Ağdam, Şamaxı (2), Samux rayonlarında da Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki,VIII əsrdən mənbələrdə adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.[1]
Alpout kənd əhalisinin sayı 3405 nəfərdir (2009-cu ilin statistikası).[2]
Kənddə 2 orta məktəb,1 uşaq bağçası,1 mədəniyyət evi,2 kitabxana ,1 həkim ambulatoriyası vardır.
Alpout kəndi rayon mərkəzindən qərb hissədə yerləşir. Sahəsi 7388 hektardır. Torpaqları əsasən şoran torpaqlardır.[3]
Kənddə pambıqçılıq, taxılçılıq, tərəvəzçilik, yemçilik və heyvandarlıq inkişaf etmişdir.
Kənddə Hz. Əbəlfəzl adına "Cümə" məscidi dini icması fəaliyyət göstərir[4].