![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f3/Alina_Zagitova_in_2023_%2528cropped%2529.jpg/640px-Alina_Zagitova_in_2023_%2528cropped%2529.jpg&w=640&q=50)
Alina Zahitova
From Wikipedia, the free encyclopedia
Alina Zahitova (tələffüzüⓘ rus. Алина Загитова; 18 may 2002, İjevsk) — rusiyalı fiqurçu. Alina Zahitova, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanıb.
Alina Zahitova | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Алина Ильназовна Загитова | ||||||||||||||||||||||||||||||||||||||
![]() | ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 18 may 2002(2002-05-18) (22 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||
Boyu | 160 sm | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Alina Zahitova 2019-cu ildə Saitamada Dünya Çempionatlarının qızıl medalına sahib olub. 2018-ci ildə Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Avropa Çempionatlarında 2018-ci ildə qızıl, 2019-cu ildə isə gümüş medal qazanıb. ISU Qran-Pri Finalının 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medalçısı olan Zahitova, ISU Qran-Pri seriyalı yarışların Çin (2017), Fransa (2017), Finlandiya (2018) və Rusiya (2018) mərhələlərinin qalibi olub.
Gənclər arasında isə 2017-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Zahitova, həmin mövsümndə həm də gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının və Avropa Yeniyetmələtinin Avropa Festivalının (EYOF) qalibi olub.
Karyerası ərzində 26 yarışa qatılan Alina Zahitova, onların 17-də qızıl medal, 5-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib.
Alina Zahitova Cənubi Koreya idmançısı Yuna Kimdən sonra Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran idmançıdır. O, həm də Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatının qalibi olmağı bacaran birinci Rusiya fiqurçusudur. Alina Zahitova həm də debüt mövsümündəcə Olimpiya Oyunlarının çempionu olmağı bacaran birinci fiqurçudur.
2019-cu il may ayının 6-na olan məlumatlara əsasən o, ISU reytinq cədvəlində birinci pillənin sahibidir.