Ali Botuş qoruğu
From Wikipedia, the free encyclopedia
Ali Botuş (bolq. Али ботуш) — Bolqarıstanın cənubunda, Yunanıstanla olan sərhəddə yerləşən qoruq. Qoruq çox da böyük olmayan Slavyanka dağ silsiləsindədir. Ali Botuş qoruğu silsilənin şimal yamacında olub bütünlüklə Bolqarıstan ərazisinə aiddir. Qoruq Blaqoyevqrad vilayətinin Sandanski və Hadjidimovo icmalarının ərazisindədir. Qoruq 1951-ci ildə Balkan yarımadası üçün endemik olan Heldreyx şamı meşələrini qorumaq məqsədi ilə yaradılmışdır[2][3]. Sonrakı dövrlərdə qoruq ərazisi bir neçə dəfə genişləndirilmiş və sahəsi 1638 hektara çatdırılmışdır (16,38 km²)[4]. 1977-ci ildən Ali Botuş UNESCO-nun qorunan obyektlər siyahısına daxil edilmişdir[3].
Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Ali Botuş qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 24 noyabr 1951 |
Yerləşməsi | |
41°22′37″ şm. e. 23°37′14″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla