![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/da/Extreme-points-of-greenland-ru.svg/langaz-640px-Extreme-points-of-greenland-ru.svg.png&w=640&q=50)
Aleksandr burnu (Qrenlandiya)
From Wikipedia, the free encyclopedia
Aleksandr burnu (qren. Ullersuaq, həmcinin Uvdlerssuak və Sarfalik; dan. Kap Alexander) — Qrenlandiyanın ucqar qərb nöqtəsi. Burun Heys yarımadasının qərbində, Kaasuitsup kommunasında, Kaanaak şəhərindən 250 km şimalda yerləşir.
Cəld faktlar Yerləşməsi, Akvatoriya ...
Aleksandr burnu | |
---|---|
![]() | |
Yerləşməsi | |
78°11′ şm. e. 73°03′ q. u. | |
Akvatoriya | Şimal buzlu okean |
Ölkə |
![]() |
![]() |
Bağla
Aleksandr və Elsmir adasında yerləşən İzabella burnu ilə birlikdə Baffin dənizi və Basin hövzəsi arasında sərhəd rolunu oynayır. Hər iki buruna adı 1818-ci ildə Con Ross ekspedisiyasında iştirak etmiş iki gəminin şərəfinə adlandırmışdır[1].