From Wikipedia, the free encyclopedia
Aleksandr Fyodoroviç Andreyev (10 dekabr 1939[1][2], Leninqrad[1] – 14 mart 2023[3]) – rus nəzəriyyəçi-fiziki. SSRİ EA-nın akademiki (1987). REA-nın vitse-prezidenti (1931-ci ildən) və fizika elmləri bölməsinin akademik katibi (2002-ci ildən).
Aleksandr Andreyev | |
---|---|
Aleksandr Fyodoroviç Andreyev | |
Doğum tarixi | 10 dekabr 1939[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 2023[3] (83 yaşında) |
Milliyyəti | rus |
Atası | Fyodoroviç |
Elm sahələri | bərk cisimlər fizikası[d][4], nəzəri fizika |
Elmi dərəcəsi | |
Elmi adları | |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbəri | Lev Landau |
Üzvlüyü | |
Mükafatları |
|
kapitza.ras.ru/~andreev/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Moskva Fizika-Texnika İnstitutunu (MFTİ) bitirdikdən sonra (1961), REA-nın R. L. Kapitsa adına Fizika Problemləri İnstitutunda işləyir, 1990-cı ildən oranın direktorudur. Andreyev MFTİ-nin professorudur (1979-cu ildən). "Eksperimental və nəzəri fizika" jurnalının baş redaktorudur (1997-ci ildən). Lenin mükafatı ilə təltif olunmuşdur.(1986) .
Əsas elmi işləri aşağı temperaturlar fizikasına və bərk cismlər fizikasına, ifratkeçiriciliyə, statistik fizikaya həsr olunmuşdur. İfratkeçiricilərdə dinamik aralıq hal nəzəriyyəsini yaratmışdır. Elektronların ifratkeçirici-normal metal sərhəddindən əksolunması xüsusiyyətlərini müəyyənləşdirmişdir. İ. M. Lifşits ilə birlikdə kvant kristallar nəzəriyyəsini yaratmış, kvant diffuziyası hadisəsini, həmçinin maye heliumun səthində aşqarların kvant adsorbsiyasını və ikinci səthi səsin mövcudluğunu qabaqcadan söyləmişdir. I növ faza keçidi nöqtəsində termodinamiki kəmiyyətlərin xüsusiyyətlərinə aid ümumi məsələsini həll etmişdir. Kvant kristalların ifrat kristallaşma hadisəsini, ərimə və kristallaşma dalğalarının mövcudluğunu qabaqcadan söyləmişdir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.