Albert Eynşteyn
From Wikipedia, the free encyclopedia
Albert Eynşteyn (alm. Albert Einstein; 14 mart 1879[1][2][…], Ulm, Vürtemberq krallığı[d], Almaniya imperiyası[1][3][…] – 18 aprel 1955[3][2][…], Prinstom, Nyu Cersi, ABŞ[4][3][…]) — alman fiziki[11]; nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Almaniya (1879–1893, 1914–1933), İsveçrə (1893–1914) və ABŞ-də yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).[12]
Albert Eynşteyn | |
---|---|
alm. Albert Einstein | |
Doğum tarixi | 14 mart 1879(1879-03-14)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1955(1955-04-18)[3][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | abdominal aort anevrizması[d] |
Dəfn yeri |
|
Elm sahəsi | nəzəri fizika |
Elmi dərəcəsi |
|
Elmi adları | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Alfred Klyayner[d][10], Henrix Burxart[d][10], Henrix Fridrix Veber[d] |
Tanınır |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-cı ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Iki oğlu və 1 qızı dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-yə köçür və Prinston Universitetində professor kimi çalışmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.
İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dəki bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır.
Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Nişanı" (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.
Nisbilik nəzəriyyəsi və xüsusilə, kütlə və enerjinin ekvivalentliyi: E = mc2 münasibətinə görə məşhurdur. 1921-ci ildə nəzəri fizika elmindəki xidmətlərinə və ələlxüsus da fotoelektrik effektinin kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, tək atomlu qazların kvant nəzəriyyəsi, aşağı şüalanma sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.
1999-cu ildə "Time" jurnalının keçirdiyi səsverməyə əsasən "əsrin adamı", tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.