![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Natyra_jon%25C3%25AB.jpg/640px-Natyra_jon%25C3%25AB.jpg&w=640&q=50)
Albaniyanın ətraf mühiti
From Wikipedia, the free encyclopedia
Albaniyanın ətraf mühiti flora, fauna və müxtəlif formalı çayları ilə diqqəti cəlb edir. Ətraf mühit həm də müxtəlif ekoloji bölgələrdən ibarətdir ki, ölkənin təbii coğrafi ekosistemini təmsil edir. Bura həmçinin su tədcizatı sistemləri, bərpa olunan resurlar və s. daxildir[1]. Dağlıq relyef Albaniyanın əsas hissəsinin təşkil edir. Digər ərazilər yüksəkliklərədən ibarət olub dərin dərələrlə parçalanmış. Bu ərazilər məhsuldar torpaqları ilə tanınır. Ümumən Albaniya ərazisinin 70 % -ni hündürlüyü 2751 metrə qədər olan dağlar və yüksəkliklər təşkil edir. Albaniyanın dağlıq landşaftı heç də İsveçrə və Avstriyadan geri qalmır. Dəniz sahilli çimərlikləri çox cəlb edicidir. Serbiya, Monteneqro, Makedoniya və Yunanıstanla olan sərhəd bölgələrində bir çox böyük göllər yerləşir: Şkoder, Oxrid, Prespa.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Natyra_jon%C3%AB.jpg/640px-Natyra_jon%C3%AB.jpg)