Albaniyada turizm zəif inkişaf etmişdir. Ancaq kifayət qədər yüksək inkişaf tempinə malikdir. İllik turist axını cəmi 60–80 min nəfərdir. Əsas turizm mərkəzləri Albaniyanın cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır. Albaniya Milli Statistika İnstitutunun 2009-cu ilə olan məlumatına görə ölkədə 5888 nömrə və 11 932 yataq yerinə malik 369 otel mövcuddur. 2009-cu ildə ölkəni 1,5 milyon xarici turist ziyarət etmiş, onlardan təxminən 236 mini otellərdə qalmışdır[1].
Albaniyada turistləri Qədim Yunanıstan və Roma, eləcə də Osmanlı İmperiyası dövrünün zəngin tarixi abidələri, Soyuq müharibə illərinin artefaktları, təmiz çimərlikləri, dağ cığırları, alban mətbəxi cəlb edir. ABŞ-nin onlayn nəşri olan "Huffington Post" 2013-cü ildə Albaniyaya səfər etməyin 10 səbəbini göstərmişdir[2]. Son zamanlar Albaniyanı "Aralıq dənizinin yeni sevgisi", "Avropanın sonuncu sirri" adlandırırlar[3].
Ölkəyə xarici turistlərin əksəriyyəti Kosovo, Makedoniya, Monteneqro, Yunanıstan və İtaliyadan gəlir.[4]. Həmçinin Polşa, Çexiya, eləcə də Qərbi Avropadan — Almaniya, Belçika, Niderland, Fransa və Skandinaviya ölkələrindən gələnlər də üstünlük təşkil edir[5].
Ölkədə turizmin inkişafına bir çox amillər təsir göstərir. Keyfiyyətsiz yollar və məişət xidməti, qeyri-qanuni tikililər, tez-tez rast gəlinən böyük zibilliklər. Bundan başqa, torpaqlar üzərində mülkiyyətin nizamlanmaması da böyük təsirə malikdir. Son zamanlar Avropa İttifaqının dəstəyi ilə yolların bərpası və yenidən qurulması prosesi sürətlənmiş, xarici investorların ölkəyə sərmayə yatırması çoxalmışdır.
Görməli yerləri
Şəhərlər və tarixi ərazilər
Albaniyanın daha çox ziyarət olunan şəhərləri:
- Durres
- Bərat
- Girokastra
- Kruya
- Şkoder — şəhər ərazisində Rozafa qəsri yerləşir
- Tirana — gur gecə həyatı olan paytaxt şəhər
- Vlyora
- Leja
- Poqradets
- Saranda
- Korça
Daha çox ziyarət olunan arxeoloji obyektlər:
- İlliriya Apolloniyası
- Antiqoniya
- Billis
- Butrint
Təbiət abidələri
Albaniya özünün diqqət çəkən təbiət mənzərələri ilə də məşhurdur. Daha çox məşhur olanlar bunlardır:
- Albaniya rivyerası — İon dənizi boyu, Vlyoranın sahil zonasından Sarandaya qədər uzanır. Sahil zolağının uzunluğu 450 km-dir[6];
- Karaburun-Sazan — ölkənın ilk və yeganə dəniz milli parkı;
- Prokletiye və ya "Lənətlənmiş dağlar". Şimali Albaniyada yerləşir və ölkənin 70%-ni əhatə edir;
- Kelmend — Albaniyanın şimalında bölgə;
- "Mavi göz" — Albaniyanın cənubunda karst gölü;
- Komani-Ferri gölü — Şimali Albaniya dağlarında yerləşən gözəl mənzərəyə malik göl;
- Osum-Kanyon — 20 km uzunluğa malik kanyon;
- Ada Boyana ərazisində olan kurort zona;
- Adriatik dənizi sahillərində yerləşən laqun ərazisi;
- Sotira şəlaləsi;
- Belş gölü;
- Nivisa kanyonu.
Mənzərəli səyahət marşrutları
Ölkədə mənzərəli səyahət yolları da mövcuddur:
- Vlyora—Saranda — Albaniyanın cənub-qərbi boyu uzanan marşrut;
- А1 avtoyolu, Fan çayı boyu;
- SH78 Cerqukat—Delvine — Cənubi Albaniya;
- Sh75 Korça—Erşekyo—Girokastra—Permeti—Kyölçiri—Tepelena;
- Elbasan—Poqradets — Oxrid gölü və Şkumbini çayı boyu;
- Koplik—Teti və Koplik—Vermoş — sıldırım qayalara, dağ zirvələrinə və büllur təmiz çaylara və şəlalələrə mənzərələr.
Albaniyadakı ümumdünya irsi obyektlərinin siyahısı
Albaniyada mədəni və təbii irs əmlaklarının UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış və ya ölkənin ilkin siyahısına daxil edilmiş siyahıdır. Aşağıdakı siyahı Albaniya Ümumdünya irsi obyektlərinin siyahısıdır.
- Butrint Milli Parkı
- "Daş şəhər" — Girokaster
Ümumdünya irsi
Siyahı | Ad | Tarix[7] | Kriteriya | Koordinatları |
---|---|---|---|---|
Əsas siyahı[8] | ||||
Butrint | 1996 | III | 39°45′ şm. e. 20°01′ ş. u.HGYO | |
Bərat və Girokaser tarixi mərkəzləri | 2005 | III, IV | 40°04′ şm. e. 20°07′ ş. u.HGYO | |
İlkin siyahı[9] | ||||
Durres amfiteatrı | 1996 | IV | 41°19′ şm. e. 19°27′ ş. u.HGYO | |
Selkanın kral məzarları | 1996 | III | 40°56′ şm. e. 20°37′ ş. u.HGYO | |
Oxrid regionunun təbii və mədəni irsi | 2011 | III, IV, VII, IX | N40 54 02.53 E20 39 50.46 |
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.