From Wikipedia, the free encyclopedia
Albaniyada avtomobil yolları bir neçə kateqoriyaya bölünən və Albaniya nəqliyyat və Rabitə Nazirliyinə tabe olan bölmə. Albaniyada 18 000 km avtomobil yolu vardır ki, bununda 7000 km sərt örtüyə sahibdir (2002-ci il)[1].
1991-ci ildə Albaniyada kommunizmin çöküşündən sonra ölkədə avtomobil yollarının bərpasına başlanılır. Ölkədə ilk dəfə olaraq SH2 yüksək sürətli avtomagistralı inşa edilmişdir. Bu yol Tirana şəhərini Durreslə birləşdirir. Üstəlik Bora dağından keçir. 2000-ci illərdə yolların böyük əksəriyyətinin vəziyəti yaxşılaşdırılmışdır[2][3].
Albaniyada yolların bölündüyü kateqoriyalar[4] göstərilir.
"Rruga Autostradale" yollar şəbəkəsi (quru yolu) tikinti ərəfəsindədir. Hər iki istiqamətdə iki zolaq vardır. Bundan əlavə yollar çox səviyyəli qovşaqlarla təchiz olunmuşdur. Bu yolların təyinatları yaşıl, fərdi yollar A kateqoriyası və yol nömrəsi ilə göstərilir.
Artıq inşa edilmiş magistral yollarda 110 km/s sürət həddi vardır. Ödənişli yollara görə hələki ödəniş edilmir.
Əsas yolların yanında Rruga Shtetërore milli yollar şəbəkəsidir. Bunlar böyük şəhərləri birləşdirən yüksək sürətli yollardır. Bu yolların keyfiyyəti fərqli ola bilər. Onlar şose kimi geniş sahələrə malik ola bilər və bəzi sahələrdə bir necə istiqamətə bir zolaqla daralırlar. Bu yollar mavi işarələrlə qeyd olunur. İşarələrdə SH SH SHÇ və müvafiq marşrutun sayı göstərilir. Bu yollarda maksimal icazə verilən sürət 90 km/s təşkil edir.
Bu yollarda mümkün olan maksimum sürət şəhərdən kənarda 80 km/s, şəhərdə isə 40 km/s təşkil edir. RR-nin müvafiq nömrəsinə istinadən qeyd olunur.
Kommunalar arasında ('Rruga Komunale') ikinci dərəcəli yollardır. Bu yollar ümumiyyətlə aşağı tikinti standartlarına, qısa uzunluğa və aşağı sürət axınına malikdir. Rruga Rrethidə olduğu kimi, bu yollarda şəhərdən kənarda 80 km/s, şəhərdə isə 40 km/ s maksimum sürət həddinə icazə verilir. Bu yollar müvafiq K hərf ilə qeyd olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.