![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bf/Albanisches_Autobahnennetz_mit_Schildern.png/640px-Albanisches_Autobahnennetz_mit_Schildern.png&w=640&q=50)
Albaniyada avtomobil yolları
From Wikipedia, the free encyclopedia
Albaniyada avtomobil yolları bir neçə kateqoriyaya bölünən və Albaniya nəqliyyat və Rabitə Nazirliyinə tabe olan bölmə. Albaniyada 18 000 km avtomobil yolu vardır ki, bununda 7000 km sərt örtüyə sahibdir (2002-ci il)[1].
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bf/Albanisches_Autobahnennetz_mit_Schildern.png/320px-Albanisches_Autobahnennetz_mit_Schildern.png)
1991-ci ildə Albaniyada kommunizmin çöküşündən sonra ölkədə avtomobil yollarının bərpasına başlanılır. Ölkədə ilk dəfə olaraq SH2 yüksək sürətli avtomagistralı inşa edilmişdir. Bu yol Tirana şəhərini Durreslə birləşdirir. Üstəlik Bora dağından keçir. 2000-ci illərdə yolların böyük əksəriyyətinin vəziyəti yaxşılaşdırılmışdır[2][3].