1910-cu ildəki alban üsyanı (alb. Kryengritja shqiptare e vitit 1910, türk. 1910 Arnavutluk İsyanı) — Albaniyadakı Gənc Türk Osmanlı hökumətinin yeni mərkəziləşdirmə siyasətlərinə bir reaksiya idi[2]. Bir sıra böyük həcmli üsyanların ilki idi. Üsyançılar Serbiya Krallığı tərəfindən dəstəklənmişdi[3]. 1910-cu ilin ilk aylarında alınan yeni vergilər, İsa Boletininin 1909-cu ildə bir üsyana qarışan alban rəhbərləri Osmanlı İmperiyasına qarşı bir üsyan qaldırmaq üçün razı etməsinə yol açdı. Priştine-də (indiki Priştina) və Ferizovik-də (indiki Ferizay) alban hücumlarında, İpek (indiki Peç) şəhərindəki Osmanlı komandirinin öldürülməsində və müqavimətçilərin Kaçanik Keçidindəki Skopyeyə gedən dəmiryolunun bağlaması Osmanlı hökumətinin bölgədə hərbi vəziyyət elan etməsinə səbəb oldu.
Cəld faktlar 1910 Albaniya üsyanı, Tarix ...
Bağla
İki həftədən çox bir vaxtdır gedən şiddətli döyüşdən sonra alban qüvvələri Drenisa bölgəsinə çəkilərkən, Osmanlı ordusu Prizren və Yakova (İndiki Qyakova) şəhərlərini zəbt etdi. Osmanlı əsgərləri 1910-cu ilin İyun ayının 1-də Peç şəhərini yenidən zəbt etmişdir. Bundan iki ay sonra Şkoder şəhərini də zəbt etdilər. Bunun nəticəsində bir çox məktəb bağlandı və iki il əvvəl Monastir Konqresində təsdiq edilən Alban əlifbasındakı nəşrlər qeyri-qanuni elan edildi.