From Wikipedia, the free encyclopedia
Alban mətbəxi (alb. Kuzhina shqiptare) — albanların milli mətbəxi. Aralıq dənizi mətbəxlərinə aid olduğundan, İtaliya və Türkiyə mətbəxi təsiri altında formalaşıb. Alban mətbəxi qara istiot kimi ədviyyatların və ət və balıq hazırlanmasında istifadə edilən qaraqınıq, nanə, reyhan və rozmarin kimi Aralıq dənizi otların istifadəsi ilə səciyyələnir, istiot çili və sarımsaq da bəzən istifadə olunur.
Tərəvəz demək olar ki, istənilən xörəydə istifadə olunur. Adətən bütün tərəvəzlər ölkənin Aralıq Dənizi regionlarında yetişdirilir və yerli bazarlarda satılır, adətən yerli sakinlər bazarlardan təzə tərəvəzi səhər alırlar, ancaq bazarlar bütün günü işləyir. Albanların gün ərzində ən önəmli yeməyi lançdı, hansı ki gjellë (pörtlədilmiş ət) ibarətdir. Bu yemək əsas sayılır və pomidor, xiyar, yaşıl istiot və avropa zeytunu kimi müxtəlif tərəvəzlərlə bişirilir. Həmçinin, ona duz, zeytun yağı, sirkə və ya limon suyu vurulur.
Ət xörəklərdə geniş istifadə olunur, xüsusilə bağırsaqlar və baş, hansılar ki digər hissələr arasında delikates sayılır. Süd məhsulları mətbəxin ayrılmaz tərkib hissəsidi, bir qayda olaraq çörək və rakia kimi spirtli içkilərlə yeyilir. Dəniz məhsulları əsasən sahilyanı rayonlarda və şəhərlərdə yayılıb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.