From Wikipedia, the free encyclopedia
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür.[1] Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur.
Erməni dilində | Gürcü dilində | Alban dilində | Qriqorian təqvimi |
---|---|---|---|
նաւասարդ (navasardi) | Axaltslisa | Navasardos | Avqust |
հոռի (horhi) | Seteli | T'ule | Sentyabr |
սահմի (sahmi) | Teriati | Namos' | Oktyabr |
տրէ (tre) | Tristini | Çil | Noyabr |
քաղոց (kaqots) | Apani | Bokavon | Dekabr |
արաց (aratz) | Novtzeni | Mare | Yanvar |
մեհեկան (maxetsi) | Nivnçani | Boceone | Fevral |
արեգ (areq) | İqaçay | J'qul | Mart |
ահեկան (ahekan) | Vardupay | Bontoke | Aprel |
մարերի (mareri) | Marçini | Orili | May |
մարգաց (marqaç) | Bubas | Exna | İyun |
հրոտից (hrotiç) | Kuraluban | Baxna | İyul |
Alban təqvimində ilk ay olmuşdur. Əslən orta pəhləvi dilində olub "yeni il" mənasına gəlir.
Alban təqviminin ikinci ayı. T'ul — albanca olub, "şərablıq üzüm" deməkdir.[2] Udi dilində də üzüm mənasına gəlir.[Qukasyan 1]
Alban təqviminin üçüncü ayı. Bu ad üçün iki ehtimal irəli sürülüb. Bir ehtimala görə o farsca ibadət mənasına gələn "namaz" sözündəndir, ikinci bir ehtimala görə isə bu yenə farsca olan "nəm" sözündən gəlir.
Təqvimin dördüncü ayıdır. Udi dilində "toxum" mənasına gəlir.[Qukasyan 2]
Təqvimin beşinci ayı. Udi dilindəki "yığmaq, dərmək" mənasına gələn[Qukasyan 3] "bok'sun" sözündən yarandığı güman edilir.[3]
Alban təqviminin altıncı və yeddinci aylarının mənası barədə etimoloji təklif irəli sürülməmişdir.
Alban təqviminin səkkizinci ayıdır. Udi dilində "yaz, bahar" mənasına gəlir.[Qukasyan 4]
Bu ayların adlarının mənası haqqında məlumat yoxdur və Udi dili ilə də açıqlanmır.
Alban təqviminin on birinci ayıdır. Udi dilində "ex" sözü "biçin" mənasına gəlir.[Qukasyan 5]Gürcü və Erməni təqvimindəki paralel aylar da "biçin ayı" mənası verir.[4]
Alban təqviminin son ayıdır. Udi dilində be'q' sözü "günəş" mənasına gəlir.[Qukasyan 6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.