Köpəkbalığı
From Wikipedia, the free encyclopedia
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir.
Köpəkbalığı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Sinif: Yarımsinif: İnfrasinif: Euselachii Dəstəüstü: Selachimorpha |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar. 50 növə yaxın akulanın insana hücum etməsi güman edilir, 29 növün isə hücumu rəsmi qeyd edilib. Milli muzeyin qeydiyyatına görə 1970-ci illərdə Amerikada 1410 akula hücumu qeydə alınıb, bunun 477-ci insan ölümü ilə nəticələnib.
Akulalar dəniz balıqlarıdır. Bəziləri şirin sularda da girir, digərləri şirin suların daimi sakinləridir. Əsasən isti sevən. elə buan görə də Dünya okeanının tropik və subtropik sularında daha çox rast gələn akulaların çox az qismi soyuq sularda rast gəlir. Akulalar okeanın həm sahillərində, həm də pelegial hissələrində daha çox olurlar. Qütb akulası 1000 m və daha çox dərinliyi gedə bilir. Mişarburun akula, ağ akula, tülkü akula yumurtadiridoğan; qütb akulası. pişik akula yumurtaqoyan; katran akula, siyənək akula, mavi akula diridoğandır. Bəzuilərinin rüşeyminin inkişafı iki ilə qədər davam edir. Akulalar az nəsil verən balıqlardır. Məsələn: siyənək akulanın cəmi 3 balası olur; ən yüksəkn məhsuldar olan qütb akulasının yumurtalarının sayı 500-ə qədərdir.
Hazırda bütün dünyada 350 növ köpək balığı vardır, bunlardan ancaq 8 növü təhlükəlidir. Ən böyük köpək balığı 20 metr uzunluğunda Rhincodon typis, ən kiçiyi isə 20 sm uzunluğunda Etmopterus peryyi-dir. Böyük köpək balıqları böyüklüyünə baxmayaraq mikroskopik canlılarla qidalanırlar. Köpək balıqlarının çoxalması 3 formada olur:
- Ovipar - balıqlarda olduğu kimi döllənmiş yumurtanı xaricə buraxırlar.
- Vivipar - balalarını bədənində daşıyırlar.
- Ovovivipar - döllənmiş yumurtanı bədəndə gəzdirir, vaxtı tamam olduqda xaricə buraxır.
İybilmə və eşitmə köpək balıqlarında güclü inkişaf etmişdir. Onlar qan iyini 3 km-dən hiss edirlər. Ən zəif səsləri duyurlar, gəldiyi yolu təyin edə bilirlər. Hansı ki, insan su altında səsi təyin edir, lakin gəldiyi yolu təyin edə bilmir.
Köpək balıqlarının ən əhəmiyyətli duyğu orqanı isə "Lorenzini ampul" deyilən elektroreseptor hüceyrələrdir. Bunlar başda yerləşir, 1 mm-lik kanallarla xaricə açılırlar.
Köpək balığı ova yaxınlaşdıqda qoxu və eşitmə ilkin rol oynayır. Ovu tapdıqda ətrafında cizgilər cızmağa başlayırlar. Ova doğru yaxınlaşdıqda gözləri qorunmaq məqsədilə geriyə doğru qıyılır, ayrıca qapaqla qapanırlar. Bundan sonra ətrafda ancaq elektroreseptor üzvlər fəaliyyət göstərirlər.
Köpək balığının bir sıra faydalı tərəfləri vardır. Onun qığırdağı xərçəng xəstəliyinin müalıcəsində istifadə olunur. Bu halda xərçəng tam müalıcə olunmasa da yayılmasının qarşısı alınır. Qığırdağın digər əhəmiyyəti onun artritlərdə, bakteriya, virus mənşəli infeksiyalarda istifadə olunmasıdır.
Köpək balığının bəzi növlərinin çox dərinliklərdə yaşaya bilməsinin sirrini axtaran alimlər bunu onun qara ciyərilə əlaqələndirirlər. Köpək balığının qara cıyərində squalene deyilən maddə vardır. Bu maddə yağlıdır, oksigeni asanlıqla çəkir və ehtiyac olunan toxumaya ötürülməsini asanlaşdırır. Bununla da immun sistemi güclənir.
Akulaların ətində sidik cövhəri çoxdur, ona görə də onların ətindən xoşagəlməz tam və iy hiss edilir. Belə əti təmizləmək üçün onu duzlu suda islatmaq məsləhətdir. Yaponiyada, Koreyada, İtaliyada akula əti yüksək qiymətləndirilir. son illərdə dünyada hər il 400 min sentner akula ovlanır. Bu cəhətdən yaponlar xüsusilə fərqlənir, akula ovunda birincilik onların tərəfindədir. Digər ölkələrdə ayrıca akula ovu demək olar ki, aparılmır, lakin tunes ovu zamanı bəzən akula da ovlanır.