Akkulturasiya
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Akkulturasiya (lat. acculturare — təhsil, formalaşma, inkişaf) — mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır. Akkulturasiya ilə assimilyasiyanı fərqləndirmək lazımdır. Bununla belə, akkulturasiya assimiliyasiyanın birinci pilləsi hesab edilə bilər.
İlk dəfə bu termini alman entoloq Krikenberq 1910-cu ildə nəşr edilmiş Illustrierte Völkerkunde əsərində, bəzi Cənubi Amerika tayfaları arasındakı qarşılıqlı mədəni əlaqələr konteksində işlətmişdir.
Şimali Amerika tayfalarındakı mədəni dəyişikliklərin araşdırılması zamanı akkulturasiya termini dar mənada işlənilmiş və bu əsasən tayfaların Avropa kolonizatorları tərəfindən assimilyasiya proseslərini ifarə edirdi. İlk dəfə acculturation terminini alman entoloq Rixard Turnvald 1932-ci ildə yazılmış elmi işində istifadə etmişdir.
30-cu illərdə bu termin amerika antologiyasında möhkəmlənmiş, empirik tədqiqatların və nəzəri təhlillərin əsas mövzularından birinə çevrilmişdir. Akkulturasiya Herskoviçin, M.Midin, Redfildin, M.Hanterin, L.Spayerin, Lintonun araşdırmalarının predmeti olmuşdur. 30-cu illərin ikinci yarısında akkulturasiya proseslərinin daha sistemli şəkildə öyrənilməsinə başlanılmışdır. 1935-ci ildə Redfild, Linton və Herskoviç akkulturasiyanın tədqiq olunması üzrə model hazırladılar. İlkin mədəni modelləri dəyişikliklərə məruz qalmış resipiyent qrup və həmin qrup üçün mədəni donor rolunda çıxış etmiş digər qrup arasında analitik fərqləndirmələr aparılmışdır. Bu model kiçik etnik qrupların qərbin industrial mədəniyyəti ilə qarşılaşmasının empirik cəhətdən təhlil edilməsi üçün əlverişli model hesab edilirdi.
Redfild, Linton və Herskoviç resipient qrupun mədəni kontakta reaksiyasının 3 əsas tipini fərqləndirmişlər:
Bu sxem empirik tədqiqatları müsbət təsir göstərmiş və daha da təkmilləşdirilmişdir. Herskoviçin əsərlərində kontakt qrupların mədəni elementlərinin kombinə olunması və nəticədə prinsipcə yeni mədəni modelin formalaşması prosesləri tədqiq edilmişdir.
Linton və Malinovski "primitiv mədəniyyətlərin" industrial qərb mədəniyyəti (Linton bu məqsədlə "nativist hərəkət", Malinovskiy isə "traybalizm" anlayışını daxil etmişdir). Linton "nativist hərəkət"ın tipologiyasını hazırlamışdır. ("Nativist hərəkat"lər, 1943). Lintonun "Amerika 7 hindu qəbiləsində Akkulturasiya"(1940) əsəri mühüm nəzəri əhəmiyyətə malikdir və həmin əsərdə o, akkulturasiyanın baş verməsinin iki əsas şərtini müəyyən etmişdir:
50-ci illərə qədər akkulturasiyanın tədqiq olunması ənənəvi mədəniyyətlərin qərb sivilizasiyasının təsiri ilə dəyişməsini öyrənməklə məhdudlaşırdı. 50-60-ci illərdə tədqiqat perspektivləri xeyli genişləndi. Belə ki, ispanlaşdırma, yaponlaşdırma, çinləşdirmə və s. proseslərin öyrənilməsinə başlanıldı. Akkulturasiyanın tədqiqat üsulları çətin şərtlərə urbanizasiya proseslərinin həyata keçiriməsi zamanı istifadə edilmişdir. Əvvəllər yalnız dominant mədəniyyətin tabe mədəniyyətə olan təsiri araşdırılırdısa, hal-hazırda əks proses də araşdırmaların predmetinə çevrilmişdir (məsələn afroamerikan musiqisinin qərb musiqisinə təsiri). Akkulturasiya ilə assimiliyasiya arasındakı fərqlərin araşdırılması artıq aktuallığını itirmişdir. Hal-hazırda akkulturasiya geniş mənada müxtəlif mədəniyyətlərin çuğlaşması nəticəsində prinsipcə yeni mədəni sintezlərin formalaşmasına səbəb olan mədəniyyətlərin qarşılıqlı əlaqəsi prosesi kimi başa düşülür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.