Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi[3] — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.).[3] T.b.g 98%-dən çox qeydə alınmışdır[3]. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir[3].

Cəld faktlar XBT-10, XBT-10-KM ...
Bağla

Simptomları və diaqnostikası

İlk mərhələdə qızdırma, baş ağrısı, qaşınma və oynaqlarda ağrılar olur[3]. Bu simptom xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsindən 1-3 həftə sonra xəstədə özünü büruzə verir[4]. Neçə həftələr, yaxud aylar sonra isə ikinci mərhələ başlayır: şüurun zəifləməsi, Hərəkətin pis koordinasiyası, keyləşmə və yuxu pozğunluğu[3][4].

Profilaktikası və müalicəsi

Ağır hallarda risk qrupuna daxil olan əhalinin qanında T.b.g. olub-olmaması müntəzəm qan analizləri ilə yoxlanılmalıdır[3]. Diaqnoz vaxtında – xəstədə nevroloji simptomların üzə çıxmasına qədər, qoyulduqda, müalicə yüngül keçə bilər[3]. Müalicənin ilk mərhələsində pentamidin, yaxud suramin kimi preparatlar tətbiq olunur[3]. Müalicənin ikinci mərhələsində eflornitin, yaxud nifurtimoks və eflornitinin kombinasiyası tətbiq oluna bilir[4]. Amma melarsoprol hər iki parazit tipinə qarşı daha effektivdir və ondan adətən daha ağır hallarda istifadə edilir[3].

Yayılması

Xəstəliyin yayılması müntəzəm olaraq Tropik Afrikanın bəzi regionlarında baş verməkdədir; 36 ölkənin təxminən 70 milyon nəfər əhalisi xəstəliyə yoluxma təhlükəsi altındadır[5]. 2010-cu ildə bu xəstəlikdən 9 000 nəfər ölmüşdür; lakin ölüm səviyyəsi 1990-cı ilin nəticəsinə (34 000) nisbətən xeyli azalmışdır[6]. Hal-hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 30 000 nəfərdir və onların da 7 000 nəfəri xəstəliyə 2012-ci ildə yoluxmuşdur[3]. Xəstəliyə tutulma hallarının 80%-dən çox hissəsi Konqo Demokratik Respublikası ərazisində qeydə alınmışdır[3]. Yaxın keçmişdə üç böyük epidemiya hadisəsi baş vermişdir: biri 1896-cı ildən 1906-cı illə qədər davam etmişdi (UqandaKonqo hövzəsində başlamışdı), digər iki böyük epidemiya isə — 1920 və 1970-ci illərdə bəzi Afrika ölkələrində baş vermişdir[3]. Bəzi heyvanlar, məsələn, inəklər, həm xəstəliyin daşıyıcısı ola və həm də xəstəliyə tutula bilər[3].

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.