From Wikipedia, the free encyclopedia
Adrenalin (lat. ad – yanında+renalis – böyrək) – böyrəküstü vəzilərin "beyin" qatının hormonu. Ağ kristaldır, m. kütləsi – 183,2. Dərman kimi işlədilən adrenalin heyvanın böyrəküstü vəzi toxumasından və ya sintetik yolla alınır. Adrenalin qan damarlarını daraldır, qan təzyiqini yüksəldir, mərkəzi sinir sistemini bir qədər oyadır, bronxları genəldir, karbohidrat mübadiləsini nizama salır. Ürək fəaliyyəti zəiflədikdə, qan təzyiqi düşdükdə, yerli keyitmədə adrenalinin hidrogen-xlorid duzu məhlulu dəri altına vurulur. Hipertoniya xəstəliyində, aterosklerozda adrenalin vurmaq olmaz.
Adrenalin (Epinephrine) | ||
Kimyəvi birləşmələr | ||
IUPAC | (R)-4-[1-hidroksi-2-(metilamino)etil]-1,2-benzoldiol (hidroxlorid və tartrat növləri | |
Kimyəvi formulu | C9H13NO3 | |
Təsnifatı | ||
Фарм. qrup | Adreno-simpatomimetik (alfa-, beta-). Hipertenziv preparat | |
ATK | ? | |
Dərman forması | ||
1 mq/ml məhlul, 1,8 mq/ml inyeksiya üçün; раствор 0,1 % yerli istifadə üçün; 1 % -li məhlul xaricə istifadə üçün | ||
Ticarət nişanı | ||
adrenalin, sintetik adrenalin, adrenalin hidrotartrat , adrenalin hidroxlorid | ||
Adrenalin qanda, plazmada və ya serumun tərkibində diaqnostik köməkçi olaraq, terapevtik tətbiqetməni izləmək və ya potensial zəhərlənmə qurbanındakı törədicini müəyyən etmək üçün ölçülə bilər. İstirahət edən yetkinlərdə endogen plazma adrenalinin konsentrasiyası normal olaraq 10 ng/l-dən azdır. Lakin məşq zamanı 10 dəfə, stress zamanı isə 50 dəfə və ya daha çox arta bilər. Feokromositoma xəstələrində tez-tez plazmada adrenalin səviyyəsi 1000–10,000 ng/L olur. Kəskin ürək xəstələrinə adrenalin parenterel tətbiqi plazmada 10,000–100,000 ng/L konsentrasiyaları yarada bilər.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.