Adams qraflığı (Vaşinqton)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Adams (ing. Adams) - ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 18 728 nəfər olmuşdu.[1] Paytaxtı Ritsvil şəhəri, ən böyük şəhəri isə Otello şəhəridir. Qraflıq 28 noyabr 1883-cü ildə Vitmen qraflığının əsasında yaradılmışdır [2] və ABŞ-ən 2-ci prezidenti Con Adamsın şərəfinə adlandırılmışdır.
Adams qraflığı | |
---|---|
Adams county | |
| |
46°59′24″ şm. e. 118°33′36″ q. u.HGYO |
|
Ölkə | ABŞ |
Daxildir | Vaşinqton |
İnzibati mərkəz | Ritsvil |
Ən böyük şəhəri | Otello |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 noyabr 1883 |
Sahəsi | 4 999 km² |
Saat qurşağı | -8 |
Əhalisi | |
Əhalisi | 19 179[1] nəfər (2014) |
Əhalinin sıxlığı | 40 nəfər/km² |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Adams qraflığı Moziz Gölü-Otello Kombinə Olunmuş statistika ərazisi ilə birlikdə Otello Mikropolitan statistika ərazisinə daxildir.
ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən qraflığın ümumi ərazisi 4 999 km² (4 986 km² quru, 13 km² su ərazisi olmaqla) təşkil edir.[3][4]
2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 18 728 nəfər əhali, 5 720 şəxsi təsərrüfat və 4 410 ailə vardı. Əhalinin sıxlığı 3.7 nəfər/km²-di. Burada 6 242 ev var və evlərin sıxlığı 1.2/km²-di. Əhalinin etnik tərkibini 62.5%-i Ağ amerikalılar, 0.6%-i Afroamerikalılar, 1.9%-i Hindilər, 0.7%-i Asiyalılar, 31.5%-i digər irqdən olanlar və 2.8%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
5 720 şəxsi təsərrüfatın 43.4%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 58.7%-ində evli ailə, 11.8%-ində əri olmayan qadın, 6.6%-ində arvadı olmayan kişi, 22.9%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 18.8%-ində tək bir şəxs və 8.7%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 3.25 nəfər, hər ailədə isə ortalama 3.71 nəfər vardı.
Qraflıq əhalisinin orta yaşı 29.0 idi. Əhalinin 34.8%-i 18 yaşdan kiçik, 10.1%-i 18-24 yaş arasında, 25.0%-i 25-44 yaş arasında, 19.9%-i 45-65 yaş arasında, 10.2%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 103.9 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 101.5 kişi düşürdü.[10]
2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 16 428 nəfər əhali, 5 229 şəxsi təsərrüfat və 4 094 ailə vardı. Əhalinin sıxlığı 3.3 nəfər/km²-di. Burada 5 773 ev var və evlərin sıxlığı 1.1/km²-di. Əhalinin etnik tərkibini 64.96%-i Ağ amerikalılar, 0.28%-i Afroamerikalılar, 0.68%-i Hindilər, 0.60%-i Asiyalılar, 0.04%-ni Okeaniya adalarından olanlar, 30.69%-i digər irqdən olanlar və 2.75%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
5 229 şəxsi təsərrüfatın 44.0%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 63.5%-ində evli ailə, 10.1%-ində əri olmayan qadın, 4.7%-ində arvadı olmayan kişi, 21.7%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 18.7%-ində tək bir şəxs və 7.7%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 3.09 nəfər, hər ailədə isə ortalama 3.52 nəfər vardı.
Qraflıq əhalisinin orta yaşı 29.6 idi. Əhalinin 34.2%-i 18 yaşdan kiçik, 9.8%-i 18-24 yaş arasında, 26.3%-i 25-44 yaş arasında, 19.4%-i 45-65 yaş arasında, 10.4%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 100.0 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 102.1 kişi düşürdü.
Hər şəxsi təsərrüfatın orta illik gəliri $33,888, hər ailənin orta illik gəliri isə $37,075 təşkil edir. Kişilərin orta illik gəliri $28,740, qadınların orta illik gəliri isə $21,597 olmuşdu. Qraflıqda adam başına düşən illik gəlir $13,534 olmuşdu. Ailələrin 13.6%-i, əhalinin isə 18.2%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 24.0%-ini 18 yaşdan kiçik olanlar, 8.9%-ini isə 65 yaşdan böyük olanlar təşkil edirdi.[10]
Adams qraflığı tarixən Respublikaçı olmuşdur. 1964-cü il ABŞ Prezident seçkilərində ştatda Barri Qolduoterin qazandığı üç qraflıqdan biri olmuşdu.[11] Linkoln qraflığı ilə birlikdə son 48 ildə Vaşinqton ştatında Demokratlar bu qraflıqda qələbə qazana biməmişdir. Bu qraflıqda ən axırıncı dəfə qalib olan Demokrat namizəd 1936-cı ildə Franklin Delano Ruzvelt olmuşdu.[12] Respublikaçıların namizədləri 1992-ci ilə qədər qraflıqda ən az 13% səs taplamış və Corc Uoker Buş hər iki seçkidə də 40%-dən artıq səs toplamışdı.[13][14][15]
Ştat seçkilərində də Respublikaçıların üstünlüyü özünü büruzə verir. Son on üç seçimdə Adams qraflığında heç bir Demokrat namizəd qələbə qazana bilməyib.[16] Qraflıqda son seçilən Demokrat senator Henri Martin Cekson olmuşdu.[17]
2008-ci il ABŞ Prezident seçkilərində Con Makkeyn qraflığın 66.32% səsini topladı. Qubernatorluğa namizəd Dino Rossi 69.83%, ABŞ Nümayəndələr Palatasına nümayəndəliyə namizəd Keti Makmorris Rodjers 82.45%, ştat katibliyinə namizəd Sam Rid 74.6%, ştat xəzinədarlığına namizəd Allan Martin 67.25%, baş prokurorluğa namizəd Rob Makena 76.28% səs taoplamışdı. Göstərilən bütün seçimləri Respublikaçılar qazanmışdı.[18]
1884-cü ildə qraflıq elan edildikdən sonra 1892-ci ilə qədər məhkəmə üçün bir bina kirayə götürüldü. 1891-ci ildə $20,000 məbləğındə vəsait ayrılaraq yeni binanın tikintisinə başlanıldı. Tikinti işləri 20 avqust, 1891-ci ildə tamamlandı. 1941-ci ildə isə yeni bina tikilərək istifadəyə verildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.